Tərəvəz püresi/şorbası
Kremli əlavə qidalara keçid vərdişi günümüzdə tədricən dəyişir. İndi bir çox pediatrlar körpələrə veriləcək ilk bərk qida kimi tərəvəz püresi tövsiyə edirlər. Kalorisi olan, lakin qidalandırıcı xüsusiyyətləri çox olmayan krem əvəzinə tərəvəz püresinə üstünlük verə bilərsiniz. Körpənizin ilk püresi mövsümi tərəvəzlərdən seçilməlidir. Allergiya riskinə qarşı bir və ya iki növ tərəvəzə başlanılmalı və üç günlük gözləmə qaydasına əməl edilərək, tədricən zənginləşdirilməlidir. Tərəvəzlər vitamin və minerallarla çox zəngindir, eyni zamanda çox zərifdir. Tərəvəzlərin qida dəyərini itirməməsi üçün bişirilmə üsuluna və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Diqqət edin ki, püresi bir az yumuşaq olsun, ilk əvvəldən körpənin kiçik yumuşaq topaqlara alışması faydalıdır. Amma əgər körpəniz hələ bu topaqların öhdəsindən gələ bilmirsə, siz daha hamar püreyə üstünlük verib, pürenin konsistensiyasını tədricən artıra bilərsiniz. Körpə üçün yemək resepləri: https://anayam.az/az/korpe-0-1-yas/yemek-reseptleri-korpe-0-1-yas/
Qatıq
Qatıq ideal ilk qida ola bilər. Süddən fərqli olaraq, 4/6 aylıq körpənizə rahatlıqla qatıq verə bilərsiniz. Süddən fərqli olaraq, qatıq həzm problemi yaratmır. Zəngin kalsium qaynağı olan qatığın faydaları saysız-hesabsızdır. Qatığın turş olmamasına fikir verilməlidir. Körpənizə verəcəyiniz qatığı evdə hazırlamağınız tövsiyə edir.
Meyvə püresi
Vitaminlə zəngin meyvələr körpəniz tərəfindən ilk əlavə qida kimi istifadə edilə bilər, lakin hər meyvə deyil. Unutmayın ki, ilk mərhələdə meyvələrdən başlamalısınız. Müəyyən aylardan əvvəl körpənizə bəzi meyvələr vermək düzgün deyil. Üç günlük gözləmə qaydası, şübhəsiz ki, burada da keçərlidir. Püre içərisində meyvə çeşidini artırmaq üçün tələsməyin. Meyvələr də tərəvəzlər qədər zərifdir. Qida dəyərini qorumaq üçün püreni hazırlayarkən stəkan sürtgəcdən istifadə edin və püreni dərhal yedirməyə üstünlük verin.
Meyvələr şirindir. Beləliklə, körpəniz meyvə püresini sevə bilər! Əslində, bu bərk qida üçün yaxşı bir başlanğıcdır. O, təkcə mədəni doldurmur, həm də əlavə qida ilə tamamilə yeni dadlar aləminə qədəm qoyur. Yediyi ilk yemək banan və ya şaftalı olarsa, sonradan brokoli qəbul etdirməkdə çətinlik çəkə bilərsiniz. Beləliklə, uzun müddətdə daha az şirin meyvə və ya tərəvəzlə başlamaq daha yaxşı ola bilər.