Busyboard – dünya üzrə tanınmış İtaliyalı Mariya Montessori metodikasına əsaslanan, uşaqların erkən inkişafını dəstəkləyən çalışma lövhəsidir.
Busyboard-un körpənin inkişafına necə təsir edir?
Bu lövhədə körpəniz müxtəlif elementləri açmaq, basmaq, çevirməklə aşağıda sadalananları fəal inkişaf etdirir;
- kiçik motorika;
- göz koordinasiyası;
- hərəkət koordinasiyası;
- diqqət;
- düşünmə qabiliyyəti;
- beyin gimnastikası;
- təxəyyül;
- məntiqli düşünmə bacarığı;
- səlist nitq.
Alimlər sübut edib ki, kiçik motorika ilə nitq inkişafı çox sıx əlaqəlidir. Çünki, başbeyində nitq və hərəkət mərkəzləri bir-birinə çox yaxın inkişaf etmişdir. Nəticədə, əl barmaqlarının motor bacarıqları stimullaşması zamanı, nitq mərkəzi fəallaşmağa başlayır. Məhz buna görədə uşağın nitqinin zamanında inkişafı üçün kiçik motorikasının inkişafına diqqət etmək vacibdir.
Bu inkişaf etdirici lövhə, uşağı telefon və televizor asılqanlığından uzaqlaşdıra bilir. Bundan başqa busyboard, gündəlik uşağın diqqətini minimum yarım saata kimi özündə cəmləşdirir və bu vaxtı valideynlər asanlıqla özlərinə sərf edə bilirlər.


