11 aylıq körpənin inkişafı

0
1077
11 aylıq körpənin inkişafı
  • 11 aylıq körpənin təxmini çəkisi 9500-10000 qr, boyu isə 72-78 sm ola bilər.

11 aylıq körpənin inkişafı və oyunlar

  • 11 aylıq körpənin inkişafı dövründə körpənizlə qarşılıqlı oyun oynaya bilərsiniz. Körpənizin ən sevimli oyunlarından biri topu qarşı-qarşıya fırlatmaq ola bilər. Bu dövrdə körpəniz etdiyiniz hər şeyi təqlid edir. Gündəlik etdiyiniz işlər onun təqlid fəaliyyətinin bir hissəsinə çevrilir.
  • 11 aylıq körpənin inkişafı dövründə körpənizin oyuncaqlarını toplayıb rəflərdə yerləşdirməyə çalışdığını görmək mümkündür. Televiziyanın pultundan istifadə edərək yandırdığını iddia edə bilər. 11 aylıq körpənin inkişafı dövründə körpəniz sözləri təqlid edir. Şüurlu şəkildə istifadə etdiyi sözlərin sayı artır. Beyni sürətlə inkişaf etdikcə danışıq qabiliyyəti də yaxşılaşır.
  • 11 aylıq körpə dəqiq əmrləri və nə etməməli olduğunu başa düşür. Ən çox sevdiyi oyuncağını əlindən götürdükdə etiraz edir.
  • Saxla, gizlət və axtar kimi oyunları sevir. İstədiyi hər şeyi göstərici barmağı ilə göstərə bilər. Ona taxıb-çıxara biləcəyi oyuncaqları verə bilərsiniz. İlk yaşını doldurmağa hazırlaşan körpəniz bu dövrdə gündəlik həyatda baş verən şeylərlə məşğul olmağa başlaya bilər. Mətbəxinizdə olan müxtəlif əşyalar ilə maraqlanmağa başlaya bilər. O, gündəlik həyatı öyrənərək, bacarıqlarını inkişaf etdirir.

11 aylıq körpə ilə ünsiyyət

11 aylıq körpənin inkişafı dövründə, körpənizin danışma və dil biliklərini inkişaf etdirmək üçün daim onunla danışa bilərsiniz. Onun da cavab verdiyini düşünərək dialoqunuzu davam etdirin. Ona suallar verin və söyləmək istədiyini tərcümə edin. Məsələn, “Su və ya süd istəyirsən?” Soruşun və özünə cavab verəndə; Ona “Bəli, süd istəyirsən” deyərək izah edin.

Bu dövrdə körpənizə bir neçə kiçik istiqamətlər verə bilər və sadə istəklərinizi yerinə yetirməsini xahiş edə bilərsiniz. Topu otağından götürmək və ya corablarını səbətə atmaq bu sadə istəklərə bir nümunə ola bilər. İstədiyinizi edərkən ona təşəkkür edin. Körpənizə təşəkkür etməyi və “xahiş edirəm” deməyi bu cür öyrədə bilərsiniz. Bu sözləri indi istifadə edə bilməyəcək, ancaq vaxtı gələndə istifadə olunacağına əmin ola bilərsiniz. Çünki, 11 aylıq körpənin inkişafı dövründə, körpəniz tutuquşu kimi böyüklərin səslərini dilaltı təkrarlayır və zamanı gəldikdə təkrarlanan sözləri deyəcəkdir.

Bu dövrdə körpənizə böyük təsvirli və hərəkətli səsli kitabları ala bilərsiniz. Şəkillər onu maraqlandıracaq. “Pişik haradadır? Bəli, pişik buradadır. Bəs, top hardadır? ” kimi suallar verərək kitabı birlikdə araşdıra bilərsiniz. 11 aylıq körpənin inkişaf dövrü mütaliə əlavə etmək üçün ən yaxşı dövrlərdən biridir.

11 aylıq uşağın günlük rejimi haqqında məqaləyə keçid edə bilərsiniz.

11 aylıq körpə stəkandan su içə, bir əli ilə tutaraq gəzə və ana ata sözlərindən başqa bir neçə söz söyləməyə başlaya bilər.

11 aylıq dövrdə körpəniz zamanını tək keçirə bilən fərdə çevrilir. Bu səbəblə tədbirli olmalısınız və evdə təhlükəli (sınacaq, kəsiləcək, iti əşyaları, dərman vəs.) əşyaları körpənizin əliçatacaq yerdən götürməklə, təhlükəsizlik  təmin edilməlidir.