10 aylıq körpənin inkişafı və bacarıqları

0
297
10 ayliq usaq

10 aylıq körpəniz böyüyür, inkişaf edir və daha da ağıllanır. Yəqin ki, artıq ən sevdiyi oyuncaqlarının yerini bilir. Körpənizə sadə əmrlər verdikdə anlayaraq, onlara reaksiya göstərir. Olduqca oyunçu körpəniz, sizi oyuna dəvət etmək üçün əl çalmaq kimi işarələr verməyi bacarır.

10 aylıq körpə aşağıdakı əlamətlərə sahib olmalıdır:

  • 10 aylıq körpənin təxmini çəkisi 10-10,5 kq, boyu isə 74-75 sm olmalıdır.
  • Görmə qabiliyyəti daha da inkişaf etməyə davam etdiyi üçün, insanları uzaqdan rahatlıqla tanıya bilir.
  • 10 aylıq körpə, öz adını və ya bildiyi mahnıları səsləndirdikdə, asanlıqla tanıya və reaksiya göstərə bilir.
  • Oyun oynadığı zaman kənar səslərin, oyun üzərində olan diqqətinin yayınmasına yol verməz və rahatlıqla oyununu davam etdirir.
  • Əl bacarıqları inkişaf etdikcə, özü yemək yeməkdən xoşlanır. Ətrafı çirkləndirəcək olsa belə ona müdaxilə etmedən, bu işdə təcrübələnməsi üçün şərait yaradın.
  • Körpəniz bu dövrdə, özündən böyük uşaqların əl qol hərəkətlərini, üz mimikalarını və çıxardıqları səsləri təqlid etməyi sevir. Təqlidçilik, onun üçün ən yaxşı öyrənmə yollarından biridir. Ona görədə söz və hərəkətlərinizə diqqət etmənizdə fayda var.
  • Üzü üstə yatarkən oturaq vəziyyətə rahatlıqla keçərir və bir yerə yapışaraq ayağa qalxa bilir. Bir anlıq ayaqda qala, əşyalara yapışaraq addımlaya bilər.
  • İstəklərini ağlamadan göstərərək müəyyən edə bilər.
  • Körpənin əl bacarıqları inkişaf etdiyi üçün düyməyə basma, siyirtmə, açma, qapaq qaldırma və səs çıxartma, üst-üstə və ya iç-içə keçən oyuncaqlarla oynamaq, ona əyləncəli gəlir. Bu sür oyuncaqların körpənin diqqət, yaddaş, kiçik motorika kimi bacarıqlarının inkişafında əhəmiyyətli rolu var.
  • 10 aylıq körpə sizə ana, ya da ata deməyə başlaya bilər. Qucağa gəlmək istədikdə əllərini uzada, istədiyi şeyləri göstərə və bir şeyi istəməyəndə başını bulaya bilir.
  • Körpənizin başqa uşaqların oyuncaqlarına marağı yarana bilir. Hazırda ona paylaşma anlayışını izah etmək əvəzinə ediləcək ən doğru şey diqqətini başqa bir yerə yönəltmək olar.

Balacanın bacarıqları və müstəqilliyi daha da artmış olsa da özünü sizinlə təhlükəsizlikdə hiss edir. Ona bol-bol sarılın, sevgi və şəfqətinizi göstermə, aranızda güclü bir bağ meydana gəlməsi üçün hələ də çox əhəmiyyətlidir.