8+ uşaqlar üçün şəkərsiz dondurma resepti

0
1199
Şəkərsiz dondurma resepti

Yay aylarında uşaqlar oyun oynayarkən çox su itirirlər və soyuq dondurma susuzluqlarını bir az olsun alacaq, həm də itirdikləri enerjini bərpa etməkdə kömək edəcək.

Şəkərsiz dondurma resepti

5-6 dilim donmuş banan
2 yemək qaşığı qatıq
1 ovuc dondurulmuş qaragilə

Banan dilimləri əvvəlcədən dondurucuda dondurulmuş olmalıdır. Bütün ərzaqlar blendera qoyulur və konsistensiya alınana qədər qarışdırılır. Əgər blenderdə əzmək çətin olursa, içərisinə bir az da qatıq və ya süd (süd 1 yaş üstü uşaqlar üçün istifadə edilir) əlavə edə bilərsiz. Qarışıq hazır olanandan sonra qaba boşaldılır və soyuducuda təxminən 8 saat saxlanılır. Körpənizin yaşına görə dondurmanı meyvə və çərəz ilə bəzəyə bilərsiniz. Hazır dondurmanı körpənizə istəyə görə əridilmiş halda verə bilərsiniz.

Marağlı recept Avokado ilə yunan qabağı püresi 6+