Körpə 0-1 yaş

5 aylıq körpənin inkişafı

0
22043
5 ayliq usaq

5 aylıq uşaq və onun inkişafı nəcə olmalıdır? Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. Bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən,yeni irəliləyiş müşahidə olunmur, lakin onlar ətrafında baş verən hadisələrə “daha parlaq” və daha güclü reaksiya verir və xarakter xüsusiyyətləri göstərirlər. 5 aylıq körpənin inkişafı hansı xüsiyyətləri daşıyır?

5 aylıq körpənin inkişafı və xüsusiyyətləri

  • 5 aylıq uşaq, boyda orta hesabla 2- 3 sm, çəkidə isə 700qr-a (6400-6800qr) kimi artırır. Bəzən bu aydan körpə yeni yemlərə başlayır və mədə-bağırsaq traktının işi yenidən qurulur, iştaha dəyişir. Bunun nəticəsində çəki yığımı fərqli ola bilər.
  • Bu ayda uşağın baş dövrü 42,5 – 43,5 sm, döş qəfəsi isə 43,5 – 44 sm təşkil edir.
  • Əgər hər hansı bir problem yoxsa, körpənizi ana südü ilə bəsləməyi davam edin.
  • İnsanlara və müxtəlif əşyalara maraqla yanaşır və yüksək fəallıq göstərir.
  • Beldən qarın üstünə rahat çevrilə bilir.
  • Öz ayaqları ilə oynayır, onları üzünə yaxınlaşdıraraq, ayaq barmaqlarını ağzına apara bilir.
  • 5 aylıq uşaq ayaqlarında olan corabı asanlıqla çıxara bilir.
  • Qarın üstə uzanan zaman oyuncağa tərəf dartıla, iki əl ilə oyuncağı ala və sirkəliyə bilir. O həmçini oyuncağı əllərində dəyişə bilir.
  • Tanıdığı və yad insanları fərqləndirir. Yad adam görəndə qaşqabaqla baxa və ağlaya bilər.
  • Özlüyündə fəal danışır. Böyüklərin dediyini təkrarlamağa çalışır və bərkdən gülə bilir.
  • Böyüklərə baxaraq bir sıra sadə hərəkətləri,, məsələn, əl çalmağı təkrar etməyə çalışır.
  • Məmnuniyyətlə parlaq təsvirləri nəzərdən keçirir, şeir və nağıllara diqqətlə qulaq asır.
  • Oturmaq cəhdləri yaranır, lakin uzun müddət oturaq vəziyyətdə qalmasına imkan verməməlisiz.
  • 5 aylıq uşaq başını inamla düz saxlayır.
  • Uşağı ellərinizlə dəstəkləyərək tutsanız, o, bərk döşəmədə gəzməyə çalışacaq.

Zehni və Əqli İnkişaf

  • Ətrafı daha yaxşı dərk etmək: Körpə ətrafındakı obyektləri diqqətlə müşahidə edir və maraq göstərir. Yeni şeyləri öyrənmək və kəşf etmək üçün əllərini və ağzını istifadə edir.
  • Sebəb-nəticə əlaqəsi: Körpə, müəyyən hərəkətlərin nəticəyə səbəb olduğunu başa düşməyə başlayır, məsələn, bir oyuncağa toxunduqda onun səs çıxardığını bilir.

Sosial İnkişaf

  • Mimika və səslər: Körpə, ətrafındakı insanlara cavab olaraq gülümsəyir və mırıldanır. O, öz hisslərini müxtəlif səslərlə ifadə etməyə çalışır.
  • Ayrılma narahatlığı: Körpə, tanış olmayan insanlara qarşı daha ehtiyatlı olur və tanıdığı insanlara daha çox bağlılıq göstərir.

Dil və Ünsiyyət Bacarıqları

  • Səs təqlidləri: Körpə daha çox səslər çıxarır və valideynlərin səslərini təqlid etməyə çalışır.
  • Əlaqə üçün səs çıxarmaq: O, diqqəti cəlb etmək və ünsiyyət qurmaq üçün müxtəlif səslər çıxarır.

5 aylıq körpənin inkişafı: Valideynlər üçün Məsləhətlər

  • Fiziki fəaliyyətlər: Körpənizi döndərmə, oturma və digər hərəkətləri təşviq edəcək oyunlar oynamağa təşviq edin.
  • Dil inkişafını dəstəkləmək: Körpənizlə tez-tez danışın, onun çıxardığı səslərə cavab verin və onunla oxumaq və mahnı oxumaq kimi fəaliyyətlər edin.
  • Sosial bacarıqlar: Körpənizin başqaları ilə ünsiyyət qurmasına imkan yaradın, amma tanış olmayan insanlarla ehtiyatlı davranışına anlayışla yanaşın.

5 aylıq körpənizin inkişafı ilə müşahidə etdiyiniz bu böyük irəliləyişlər onun böyümə prosesində vacib addımlardır. Körpənizin fərdi inkişaf tempini nəzərə alaraq, onun bu mərhələdə təbii olaraq kəşf etdiyi dünyanı dəstəkləmək vacibdir.

Növbəti məqalə: 6 aylıq körpənin inkişafı