― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaş2 aylıq körpənin inkişafı və özəlikləri

2 aylıq körpənin inkişafı və özəlikləri

2 aylıq körpənin inkişafı necə olur? İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. Bu yazı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək.

İki aylıq körpənin özəllikləri

  • 2 aylıq körpələrin aylıq minimum 600 gr (4300-4900qr) almaları yetərlidir.
  • İki aylıq bir körpə ortalama 15-17 saat arası yatır. Bunun 9-10 saatı gece yuxusudur. Gündüz yuxusu biraz azalır.
  • Əgər hər hansı bir problem yoxsa körpənizi ana sütü ile bəsləməyə davam etməlisiniz və körpə her istədiyində əmzdirilməlidir. Tez-tez emizdirmək sütün artmasında ən böyük faktordur.
  • 2 aylıq körpə başını inamlı tutur. Onu qucaqda tutanda, o dünyanı yeni səpkidə görür və bu əlbəttə, böyük marağ doğurur, ona görə də uşaq ətrafa baxmaq üçün başını sağa və sola döndərə bilir.
  • Əvvəlki bacarıqlarından başqa, 2ci ay körpədə “bu nədir?” reaksiyası yaranır. Bu reaksiya adətən qıcıqlandırıcı səs eşitdiyi zaman baş verir və körpə dərhal səs gələn tərəfə baxmağa çalışır.
  • Qarın üstə uzanan körpənin bərkimiş boyun çiyin əzələləri, başını qaldırıb bir müddət saxlamağa imkan verir.

2 aylıq körpənin emosional inkişafı

  • İkinci aydan emosional sahə inkişaf etməyə başlayır. Körpənin ən təəccüblü emosional reaksiyasından biri – sevdiyi insanın səsini eşitdiyi və ya gördüyü zaman gülümsəməsidir. Körpənin ilk təbəssümü adətən iradəsiz,  düşünülmədən baş verir. Amma ilk təbəsümdən fərqli olaraq, iki aylıq körpənin təbəssümü, sevdiyi insanın yaxınlığında olması zamanı onun sevincini açıq-aşkar göstərir. Körpəyə ananın səsini eşitmək kifayətdir ki, sevinclə gülümsəsin, axı  anlaşılmaz dünyada ana sabit və təhlükəsizdir.
  • İki ayı olan körpə emosiyalarını təkcə gülümsəməklə göstərmir. Onun emosional reaksiya diapazonu daha çox olur: intonasiya, mimika inkişaf edir. Bu yaşda uşaq səbəbə görə fərqli ağlaya bilər. Bu həyacanlı, çağrılan və ya şikayət səsli ağlama ola bilər. Körpə ilə çox vaxt sərf edənlər, onun emosiya və əhvalını tez bir zamanda anlayacaqdır.

2 aylıq körpənin görmə və nitq inkişafı

  • Görmə inkişafında böyük dəyişiliklər müşahidə olunur. İki aylıq körpə artıq sabit dayanan əşyaya baxışını fokuslaya bilir. Əşya hərəkətini izləməyi isə hələ sonra bacaracaq, lakin o uzun müddət çarpayısının üzəyində asılan oyuncağa baxa bilir. Yeri gəlmişkən 2 aylıq uşaq üçün uğurlu asılqan oyuncaq, üz böyüklüyünə yaxın əlvan şar ola bilər. Bu yaş ücün xırda oyuncaq mənasızdır.
  • Demək olarki, iki aylıq körpənin nitq inkişafı artıq inkişaf etməyə başlamışdır. Körpə ağlamaqdan başqa ilk səslər tələffüz etməyə başlayır. Bu arasıra səslənən qısa səslərdir. Uşaq özü çıxardığı səslərə adətən çox təəccüblənir, susur və qulaq asır. Zamanla səslər daha uzun və daha tez-tez olacaqdır.
  • Arxası üstə uzanan balaca, gördüyü əl və ayaqlarını  diqqətdə fəal şəkildə öyrənməyə başlayır. Əgər uşağın əlinə oyuncaq versəz o, onuda kəşf etməyə başlayacaq. Əgər oyuncaq səslidirsə, körpə artıq səslə əlaqəli hərərkətlərini də öyrənməyə başlayır. Yəni əlini tərpətdiyi üçün oyuncağın səs verdiyini başa düşəcək.
  • Körpə artıq gün ərzində təkrarlanan hərəkətlərə adət edir və buna görə siz günlük rejimi formalaşdırmağa başlaya bilərsiz. Təxminən 1 həftə yetərlidir ki, uşaq gecə və səhər eyni zamanda  yatıb-durmağı  öyrənsin. 2 aylıq körpə artıq gecə və gündüzü fərqləndirə bilir, onun bu bacarığını möhkəmləndirmək lazımdır.
error: Alert: Content selection is disabled!!