― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...

Hamiləlikdə qız əlamətləri

Hamiləlikdə qız əlamətləri necə olur? Hamilə olduğunu öyrəndikdən etibarən qadın körpənin cinsi ilə maraqlanmağa başlayır. Qız və ya oğlan olmasının fərqi yoxdur, əsas sağlam və xeyirli övlada sahib olmaqdır. Amma yenə də ən həyacanlı gözləntilərdən biri uşaq cinsinin öyrənilməsidir. Gələcək analar körpəyə paltar almaq və ya otağını hazırlamaq üçün körpənin cinsiyyətini dərhal öyrənmək istəyirlər. Bir az səbirli olun, maraqınız 16-cı həftədə başa çatacaqdır. Lakin, bəzi hallarda cinsiyyətini öyrənmək üçün bir neçə həftə çəkə bilər və ya doğum anına qədər özünü heç göstərməyə də bilər. Xalq arasında, hamiləlik dövründə qadın bədənində meydana gələn bəzi simptomların körpənin cinsiyyətinə dair ipuçları verdiyinə inanılır. Bu yazıda, cəmiyyətdə körpənin qız olduğuna inanan bəzi simptomları sadaladıq!

Hamiləlikdə qız əlamətləri nədir?

  • Ümumiyyətlə, qarın yuvarlaq və yayılmışdırsa, çəki çanaq və bud bölgəsində cəmlənirsə, körpənin qız olacağı hesab olunur.
  • Xüsusilə, burundakı dəyişikliklərin körpənin cinsi ilə əlaqəli olduğu barədə ümumi bir fikir var. Körpə gözləyən ananın burnu böyüyürsə, körpənin qız gəldiyinə inanılır.
  • Hamiləlik zamanı əllərinizin dərisi yumşaq pambıq kimidirsə,
  • Ananın ayaqları tez-tez isti olarsa.
  • Hamiləlik dövründə xüsusilə səhərlər çox sayda qusma və ürək bulanması varsa,
  • Körpənin nəbzi dəqiqədə 140-dan çox vurursa.
  • Körpə ana bətninin sol tərəfindədirsə.
  • Ananın sidiyi bir qədər tünd sarı rəngdədirsə.
  • Qarın nahiyəsində körpə daha yüksək mövqedə yerləşirsə.
  • Xüsusilə dəridə sızanaqlar, səpkilər və s. meydana gəlirsə.
  • Qız gözləyən analar, oğlan uşağı gözləyən analarla müqayisədə daha çox əhval dəyişikliyi ilə qarşılaşırlar. Buna görə də qəfil qəzəb, depresiya və əsəbilik kimi əhval dəyişikliyi qızlara işarə edir.
  • Sol döş sağ döşdən daha böyük görünürsə və ya döşlər qeyri-adi böyüyürsə.
  • Ümumiyyətlə, hamiləlik dövründə sağ tərəfinizdə yatırsınızsa.
  • Hamiləlik dövründə saçlarınız quru və nazik görünürsə.
  • Çox miqdarda şirniyyat, şokolad, şirin desertlər, meyvələr istəyirsizsə.
  • İmmunitet zəifliyini hiss edirsinizsə.
  • Süd və süd məhsulları, xüsusən də pendir istəyi kimi əlamətlər varsa, körpənin qız olacağına bir işarət ola bilər.
  • Deyilənə görə, ana hamiləlik dövründə bütün gözəlliyini qızına verir və bu halda ana çirkin görünə bilər.

Körpə cinsiyyətinin öyrənməsinin qəti və etibarlı yolu

Cinsi orqanın inkişafı hamiləliyin 12-ci həftəsindən başlayır. Ancaq ən doğru və etibarlı nəticə əldə etmək hamiləliyinizin 20-ci həftəsindən olacaqdır. Bu dövrə qədər ətrafınızdakı bir çox insan yaşadığınız dəyişikliklərə əsasən cinslə bağlı proqnozlar verəcəkdir. Ancaq bu simptomlar təbiidir və hamiləlik səbəbi ilə hormon dəyərlərindəki dəyişikliklərdən qaynaqlanır. Cinsiyyətin öyrənilməsinin ən etibarlı yolu yoxladığınız mama-həkim tərəfindən ultrasəs müayinəsi ilə öyrənməkdir.

Əvvəlki məqalə
Növbəti məqalə
error: Alert: Content selection is disabled!!