Hamilelik teqvimi

Hamiləliyin 12-ci həftəsi

0
10076
Hamiləliyin 12-ci həftəsi

Hamiləliyin 12-ci həftəsi zamanı körpəniz – uzunluğu 61 mm, çəkisi 13 qram olmuşdur, sanki körpəniz limon ölçüsündədir. Onun artıq demək olarki üzü formalaşmışdır. Dırnaqlari artıq çıxıb. Barmaqlarında xarakter barmaq izləri yaranıb. Kiprik və qaş hissələrində nazik tüklər yaranmağa başlayıb.

Körpə bundan başqa yumruğunu sıxa, üzünü büzə, ağzını aça, amniyotik mayeni uda, hətta barmağını sora bilir.  Onda xarakter tanəffüs hərəkətləri yaranır. Hələki diafraqma boşuna hərəkət edir, çünki hava hələ daxil ola bilmir. Lakin doğumdan sonra tənəffüs artıq işləməyə hazır olacaq. Sinir sistemi inkişaf edərək irəliyə böyük addım atmaqdadır. Uşaq artıq xaricdən gələn təzyiqlərə reaksiya verir və kənara çevrilir.

Hamiləliyin 12-ci həftəsi: Ana

Bu həftədə ananın bədənindəki dəyişiklikləri tək ana deyil ətrafdakılarda görə bilir. İlk dövrün xoşagəlməz hissləri; zəiflik, yüksək yuxululuq və yorğunluq artıq geridə qaldı və siz artıq tam enerjili və xəşbəxtsiz. Siz artıq bilirsizki axıntı açıq rəngli, çox az miqdarda və turş iyli olmalıdır. Qan və irinli axıtı əvvəlki kimi dərhal müalicə tələb edir. Onların olması yarana biləcək ciddi təhlükədən xəbər verir.

Körpənin İnkişafı

12-ci həftədə körpənin boyu təxminən 5,5-6 santimetrə çatır və çəkisi təxminən 15 qram olur. Bu dövrdə körpənin inkişafı sürətlə davam edir və bir çox əsas orqanlar və sistemlər formalaşıb fəaliyyət göstərməyə başlayır.

  • Skelet və Əzələ İnkişafı: Körpənin sümükləri daha da sərtləşir və əzələləri güclənir. Körpə artıq başını qaldırıb hərəkət etdirə bilər və əl-ayaq hərəkətləri daha koordinasiyalı hala gəlir.
  • Üz Cizgiləri: Üz cizgiləri daha da müəyyənləşir. Gözlər, hələ də bir az yan tərəfdə olmasına baxmayaraq, üzün ön hissəsinə doğru hərəkət edir. Quşsuz dodaqlar, burun ucu və qulaqlar artıq aydın şəkildə görünür.
  • Həzm Sistemi: Körpənin bağırsaqları artıq inkişaf etməkdədir və ilk defekasiya prosesləri başlayır. Qaraciyər və böyrəklər də öz funksiyalarını yerinə yetirməyə hazırlaşır.
  • Dəridəki Lanugo: Körpənin dərisi çox incədir və üzərində “lanugo” adlanan nazik tüklər meydana gəlir. Bu tüklər körpənin doğulmadan əvvəl bədənini örtür və qoruyur.

Növbəti Məqalə: 13 Həftə Hamiləlik