― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəHamiləlik və DoğumHamiləlik dövrüKörpə cinsini düşünərkən: Hamiləlikdə oğlan əlamətləri

Körpə cinsini düşünərkən: Hamiləlikdə oğlan əlamətləri

Hamiləlikdə oğlan əlamətləri nədir? Körpə gözləyən ananın ən böyük həyacanından biri körpəsinin cinsidir. Ultrasəsə girəcəyimiz və körpəmizin cinsiyyətini öyrənəcəyimiz anı səbirsizliklə gözləyərək, xalq arasında inanılan əlamətlər ilə körpənin cinsini öyrənməyə çalışırıq.

Hamiləlikdə oğlan əlamətləri nədir?

Aşağıda oğlan uşağına hamilə olduğunuzu əlamətlərin bəzilərini qeyd edəcəyik:
  • Səhər yuxudan durdukda halsızlıq və mədə bulantısı hiss etmirsinizsə, o zaman körpənin oğlan ola biləcəyi ehtimalı daha yüksəkdir, çünki qız uşaqları səhər mədə bulantısına səbəb olurlar;
  • Hamiləlik dövründə, ilk aylardan etibarən süd döşlərdə yığılmağa başlayır. Yeni doğulmuş körpəniz bu südlə bəslənir və inkişafını davam etdirir. Oğlan körpəsinə namizəd ananın sağ döşü sol döşə nisbətən daha çox böyük olur;
  • Körpənizin ürək atışının dəqiqədə 140 atışdan aşağı olduğunu müşahidə etsəniz, bu oğlan uşağına hamilə olduğunuzu göstərə bilər;
  • Oğlan uşağına hamilə qalan anaların saçları, qız gözləyən analara nisbətən daha sürətli uzanır;
  • Ananın üzündə sızanağın sürətlə artmışsa;
  • Ana namizədləri tez-tez turş və duzlu qidalar istəyirsə, lakin bu insana görə dəyişə bilər;
  • Əgər qarın uşaqlığa daha yaxın və aşağı hissəsi bir qədər genişdirsə;
  • Anaların davranış dəyişiklikləri əhəmiyyətli dərəcədə dəyişə bilər. Ana daha aqressiv, cəsur və ya dominant olmuşsa;
  • Ananın sidik rəngi daha tünddürsə;
  • Hamiləlik dövründə, ana ayaqlarını daim soyuq hiss edirsə;
  • Hamiləlik dövründə özünüzü çox vaxt yorğun və gücsüz hiss edəcəksiniz. Bu yorğunluq zamanı daha çox sol tərəfinizdə yatırsınızsa;
  • Əllərin qurumasını və çatlaması müşahidə edirsinizsə;

Körpənin cinsi nə vaxt təyin edilir?

Körpələrin xarici reproduktiv orqanları 12-ci həftədən formalaşmağa başlayır. 15-16-cı həftələrdən etibarən ultrasəs nəzarəti ilə oğlan körpəsinin cinsiyyətini başa düşmək olar. Ümumiyyətlə, bu həftədə oğlan körpələrinin reproduktiv orqanı  ultrasəsdə müəyyən olacaq dərəcədə inkişaf etmiş olur. Bununla birlikdə, hamiləliyin 20-ci həftəsi dövründə ən az səhv nəticə əldə edə bilərsiniz. Əlavə olaraq, ana bətnindəki qaz və ya cinsiyyət bölgəsini gizlədən göbək bağı kimi vəziyyətlər, körpənin cinsiyyətini anlamaqda çətinlik verə bilər. Bu vəziyyətdə, bir az səbr etmək lazımdır. Kiçik körpəniz hazır olduqda cinsini göstərəcəkdir.

Hamiləlikdə qız əlamətlərini oxumaq üçün Hamiləlikdə qız əlamətləri linkinə keçin.

error: Alert: Content selection is disabled!!