Hamiləlik dövründə, qadın orqanizmi maddələr mübadiləsi prosesinin yenidən qurulmasına məruz qalır. Diş sağlamlığı üçün zəruri olan mikroelementlərin (kalsium, fosfor və flüor) çox miqdarı dölün inkişafına sərf olunur. Bütün bunlar ağız boşluğu xəstəliklərinin daha sürətli inkişaf riskini artırır.
Hamilə qadınlarda diş ağrısının yaratdığı psixo-emosional stres, dölün balanslı formalaşmasına mane olur.
Hamiləlik zamanı diş rentgeni zərərlidirmi?
Stomatologiyada istifadə olunan rentgen radiasiyasının miqdarı çox azdır. Buna baxmayaraq, ilk üç ay ərzində rentgen şüaları qəbul edilməməlidir. Əgər diş rentgeni diş müalicəsi üçün çox zəruridirsə, 1-2 kadr çəkilə bilər və bunun üçün xüsusi önlük taxılması vacibdir.
Hamiləlikdə diş müalicəsi zamanı antibiotik istifadəsi körpəyə zərərlidirmi?
Hamiləlik dövründə qəbul olunan dərmanlara çox diqqətlə yanaşılmalıdır. Misal üçün, tetrasiklinlər körpənin dişlərində ləkə qoyur. İstifadə ediləcək antibiotiklər, mütləq həkim nəzarətində olmalıdır.
Diş müalicəsi zamanı istifadə edilən anesteziya körpəyə zərər verirmi?
Hamiləlik dövründə diş müalicəsi üçün hansı vaxt daha uyğundur?
Hamiləlikdə diş müalicəsi üçün ən yaxşı vaxt 4-6 ay arasındadır. Şiddətli ağrı ilə təcili müalicə olunacaq halda, hamiləliyin istənilən mərhələsində diş müalicəsi tətbiq edilə bilər.
Hamiləlik dövründə dişlər daha çox çürüyür?
Dişlərə yetərli qayğı və balanslı bir pəhriz təmin edilərsə, heç bir problem olmaz. Bu dövrdə ürək bulanması və qusma meydana gəldiyinə görə ağız florasının PH balansı dəyişə bilir, bəzən də analar ürək bulanması və ya halsızlıq səbəbindən diş fırçalamanı unuda bilərlər. Buna görə də dişlər çürüyə bilər. Bundan əlavə, ana həkim nəzarəti altında gündə ən az 1200-1500 mq kalsium ehtiyacını qarşılamalıdır.
Hamiləlik dövründə dişə cərrahiyyə müdaxilə edilə bilərmi?
Hamiləlik dövründə diş problemlərinin qarşısını necə almaq olar?
Hamiləlik dövründə dişlərə hansı prosedurlar qadağandır?
- dişlərin ağardılması,
- protez və implant yerləşdirilməsi.
- Diş çıxarılması yalnız həkim tövsiyəsi ilə həyata keçirilir.
Bütün bu amilləri nəzərə almaq çox vacibdir. Həqiqətən, hamiləlikdə diş müalicəsi məsuliyyətli bir işdir və bir sıra xüsusiyyətlərə malikdir. Unutmayın ki, diş həkiminin qadının hamilə olması haqqında məlumatlı olması vacibdir.
Hamiləlikdə qripdən necə qorunmalı məqaləsi sizə faydalı ola bilər.