― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumHamiləlik dövrüHamiləlik dövründə qripdən necə qorunmalı

Hamiləlik dövründə qripdən necə qorunmalı

Hamiləlik dövründə qripdən necə qorunmalı? Qışda, hamilə qadınların qripə tutulmaq riski daha yüksəkdir. Soyuqdəymə və ya qripə yoluxma hamilə qadınlara rahatsızlıq versədə, bu xəstəliklərə qarşı istifadə edilən dərmanların hamiləliyə əks təsir göstərə biləcəyi də unudulmamalıdır. Epidemiya dövründə, qapalı yerlərə maska ilə girmək, əlləri tez-tez yumaq faydalı ola bilər. Öpüş və əl sıxma kimi yaxın təmaslardan uzaq olmaq lazımdır. Hamılə qadın bol maye qəbul etməli, diqqətli qidalanmalı, yuxu rejimini düzgün tənzim etməli, stresdən uzaq olmalı və bədənin immunitet sisteminə zərər verən şeylərdən uzaq olmalıdır.

Lazımsız antibiotiklərdən istifadə etməyin

Qrip – virus xəstəliyidir. Bakteriyadan əmələ gəlmədiyi üçün antibiotiklər tələb olunmur. Ancaq qrip bir bakterial infeksiya ilə çətinləşərsə (məsələn, sətəlcəm və ya orta qulaq iltihabı), həkim məsləhəti ilə antibiotiklər istifadə edilə bilər.

Müalicəni dəstəkləyən ən effektli vasitələr

Yataq istirahəti mütləq edilməlidir. Yatarkən başını yuxarıda tutmaq, burun axıntısı zamanı narahatlığı azaldacaq. Ətrafın yaxşı havalandırılmasını təmin etmək üçün diqqət yetirilməlidir. Havanın qurumasının qarşısını almaq və nəm olmasını təmin etmək lazımdır. Bunun üçün soyuq buxar maşınları istifadə edilə bilər. Simptomlar təkrarlandıqda, normal fəaliyyət dərhal bərpa edilməməlidir və tam bərpa üçün istirahət davam etdirilməlidir.

Hamiləlik dövründə qripdən qorunmalı üçün yaxşı qidalanmaq lazımdır

Bol maye, təzə tərəvəz və meyvə qəbulu son dərəcə vacibdir. Hamiləlik dövründə qripdən qorunmalı üçün A vitamini ilə zəngin yumurta, süd, balıq, ispanaq, portağal, yerkökü, ərik kimi qidalar yeyilməlidir. C vitaminli portağal, naringi, qreypfrut, limon, kivi, nar, yaşıl bibər, şüyüd də bol miqdarda istehlak edilməlidir. Yalnız sitrus meyvələrinin alergiya yarada biləcək xüsusiyyətinə görə, həkiminizin məsləhəti ilə diqqətli olmalısınız. Qurudulmuş paxlalı bitkilər, zeytun yağı, qoz, badam, fındıq kimi vitamin E və sinklə zəngin qidaları qəbul edib, immunitet sistemini gücləndirərək, xəstəliyi məğlub etmək asandır. Qatıq, süd, kərəviz, pırasa, qulançar, banan kimi məhsullar floranı tənzimləyərək, virusun inkişafına mane olur. Sarımsaq infeksiyalara qarşı ən güclü silahlardan biridir. Təbii şəfa mənbələri olan bal və balı da unutmaq olmaz. Lakin, hər bir məhsulu qəbul etmədən öncə həkiminiz ilə məsləhətləşməniz vacibdir.

Bitki çaylarını və digər dərmanları ehtiyatla istifadə edin

Ümumiyyətlə hamiləlikdə bitki çaylarından istifadə edərkən diqqətli olmaq faydalıdır. Məsələn, hamiləlik dövründə kassiya, reyhan, kətan, moruq kimi bitki çayları tövsiyə edilmir. Qrip dövründə hamilə qadınlara, xüsusən nanə+limon+cökə, zəncəfil, çobanyastığı, şüyüd, qızılgül və sadə qara çay tövsiyə olunur. Burunda yığılan seliyin axıdılması üçün hazır duzlu və ya okean suyu tərkibli məhlullara üstünlük verilməlidir. Hərarət artdıqda, həkiminizin məsləhəti ilə gündə bir və ya iki dəfə parasetamol qəbul edilə bilər. Bütün bunlarla yanaşı bol su və meyvə şirələri qəbul etmək yaxşıdır.

Həkimlə məsləhətləşmənin mütləq şərtləri:

  1. Hərarət 38 dərəcədən yuxarı olarsa və bir neçə gün ərzində düşmürsə,
  2. Nəfəs almaqda çətinlik varsa,
  3. Sinə ağrısı meydana gəlirsə,
  4. Şiddətli qulaq ağrısı, qulaqdan axıntı və qanaxma olarsa,
  5. Səpki və qızartı yaranarsa,
  6. Boyun sərtliyi baş verərsə,

Hər bir halda, həkiminizin qərarı önəmlidir.

error: Alert: Content selection is disabled!!