Hamiləlik zamanı cinsi əlaqədə olmaq, əlbəttə, olar! Siz, cinsi fəallığı əvvəlki səviyyədə saxlaya bilərsiniz. Tez-tez cinsi əlaqə, sağlam bir hamiləliyə maneə yaratmır. Bir çox tərəfdaşlar təşvişə düşürlər ki, “cinsi əlaqə zamanı uşağa zərər ola bilər”. Nə cinsi əlaqə, nə də orgazm sağlam hamiləliyə problem yarada bilməz. Uşaq, maye dolu olan döllük kisəylə qorunur, selikli tıxac isə uşaqlıq girişini bağlayır.
Hamiləlik zamanı qadınların bəzilərinin cinsi istəyi güclənir, bu, hormonal aktivliyin artması və çanaq nahiyəsindən qan axınının artması ilə əlaqədardır. Amma hamiləliyin əvvəlində qadınların çoxunda cinsi əlaqəyə istək azalır, bu hal, yorğunluq, ürək bulanması, qusma, sinədə ağrılı hisslər ilə əlaqəndirilir. Hamiləliyin sonunda böyümüş qarın, döş həssaslığı və digər problemlər, həmçinin cinsi istəyin azalmasına səbəb ola bilər.
Hamiləlik zamanı cinsi əlaqə
Bəzi pozalar, böyük qarnı narahat edə bilər. Hər qadın hamiləliyin 20-ci həftəsindən sonra arxası üstə uzana bilmir. Ona görə də digər uyğun (qadının üstdə olması və ya böyrü üstə uzanma) pozaları seçmək daha uyğun ola bilər.
Çox vaxt belə problem yaranır ki, hamiləlik zamanı cinsi əlaqə haqqında düşünən kişilər hamilə həyat yoldaşı ilə cinsi əlaqədə olmaqdan qorxurlar ki, uşağa ziyanı ola bilər. Bu qorxu əksər hallarda boş yerədir və yalnız ailə həyatında harmoniyanın pozulmasına gətirib çıxarır. Mehribanlıq və qarşılıqlı anlaşma sizə kömək edəcək. Hər hansı bir şübhə və ya qeyri-adi əlamətlərin meydana gəlməsi zamanı həkiminiz ilə məsləhətləşməniz, daha doğru olar.
Aşağıdakı hallarda cinsi əlaqə hamiləliyə təhlükəli ola bilər:
- Uşaqlıq boynu çatışmazlığı;
- Düşük təhlükəsi (əvvəlki hamiləlikdə uşaq salma halları olduqda);
- Vaxtından əvvəl doğuş təhlükəsi;
- Cinsi əlaqə zamanı ağrı;
- Döl ətrafı mayenin axma təhlükəsi;
- Çoxdöllü hamiləlik zamanı;
- Qanlı ifrazatlar (bu halda həkimə müraciət mütləqdir);
- Partnyorların birində infeksiya əlamətləri olduqda;
Doğumdam sonra cinsi əlaqə
Doğum problemsiz, cərahiyyə müdaxiləsi, aralığın cırılması halı olmadıqda cinsi əlaqə 6-8 həftə sakitliyi qorumalıdır. Bəzən cütlüklər bu müddəti gözləyə bilmir. Bununla əlaqədar ən azı qan ifrazı dayanana qədər gözləmək məsləhətdir.
Hamiləliyin ilk həftələrində uşaq düşmə riski sonrakı dövrə nisbətən yüksəkdir. Son həftələrdə isə cinsi əlaqə sancıların vaxtından əvvəl başlamasına səbəb ola bilər. Buna görədə həkimlər ilk və son həftələrdə ehtiyatlı olmağı tövsiyyə edir.