Hamiləlik zamanı düşük riski (hamiləliyin ilk 20 həftəsində körpənin itirilməsi) hamiləlikdə ən çox görülən problemlərdən biridir. Təəssüf ki, hamiləliyin dörddə biri düşük ilə nəticələnir. Düşük, əsasən hamiləliyin ilk aylarında baş verir. Qadının hamilə olduğunu bilmədən əvvəl düşük baş verə bilər. Bəs, düşük riskinin əlamətləri nələrdir və necə başa düşmək olar?
Düşük – 20ci həftədən əvvəl hamiləliyin qəfil itirilməsidir. Düşük riskinin təxminən 80%-i ilk 12-ci həftəyə qədər baş verir.
Düşüyün səbəbləri nələrdir?
- Yüksək hərarət;
- HİV, Rubella, Xlamidiya, Siflis, Lupus, Cölyak;
- İrsi ötürülən və ya sonradan əmələ gələn genetik anomaliyalar;
- Uşaqlığın və ya yumurtalıqların inkişaf anomaliyaları və şişlər;
- Endokrin xəstəliklər;
- Anada böyrəklərin və ya ürək-damar sisteminin xroniki xəstəlikləri;
- Siqaretçəkmə, alkoqol, kofein və ya narkotik vasitələrin istifadəsi;
- Stress, ağır fiziki gərginlik.
Düşük simptomları
Hamiləlik zamanı düşük simptomları:
- Mədə bulantısı və ya qusma;
- Qarın altındakı spazm və ağrı;
- Vaginadan gələn maye və ya laxtalı axıntı;
- Halsızlıq;
- Sancılar.
Hamiləlik zamanı düşük riskini necə başa düşmək olar?
Hamiləlikdə düşük zamanı qanaxma və vaginal axıntı simptomları daha çox görülən simptomlardır. Hamiləliyin ilk ayında tez-tez görülən qanaxma ağrı ilə müşayiət olunarsa, şübhə edilə bilər. Hər qanaxmanın düşük simptomu olmadığını da bilməyiniz vacibdir. Menstruasiya qanamasından fərqli olaraq, qəhvəyi və ya parlaq qırmızı rəngli qanaxma varsa və bu qarın ağrısı ilə müşayiət olunursa, bu düşük riski altında ola biləcəyinizdən xəbər verə bilər. Əgər ağrı və qanaxma yoxdursa, ancaq vaginadan maye axıntı gəlirsə, bu, doğum təhlükəsinin əlaməti ola bilər. Arxa və bel ağrısı da doğumun bir əlaməti ola bilər. Hər 15-20 dəqiqədə nizamlı bir ağrı varsa, mütləq həkimə müraciət etməlisiniz. Çanaq və ya bel ağrısı, ağartı axıntı və çəki itkisi kimi simptomlar düşük riskindən qaynaqlana bilər. Bu kimi vəziyyətlərdə dərhal həkiminizə müraciətiniz vacibdir.