Uşaqlarda masturbasiya (onanizm) normaldırmı?

0
2197
usaqlarda mastrubasiya, onanizm
Uşaqlarda masturbasiya ailələri narahat edən bir hərəkətdir. Xüsusəndə, uşağın izdihamlı bir mühitdə mastutbasiya etməsi olduqca, utandırıcı görülür. Bəs kiçik uşaqlarda masturbasiya  bu qədər qorxulu və ya utandırıcıdırmı? Uşaq masturbasiyası nə vaxt başlayır, buna səbəb nədir? Masturbasiya edən uşaqla necə davranmalı? Gəlin, bilmək lazım olanlara keçək!

Uşaq masturbasiyası nədir?

Uşağın cinsiyyət orqanını əli ilə və ya sürtünərək ovuşdurmasına, özünü rahatlamasına uşaq masturbasiyası adlanır.

Uşaqlarda masturbasiya nə vaxt başlayır?

3 yaş, masturbasiyanın ən çox müşahidə ediən dövrüdür, çünki bu yaşdan sonra uşaqlar bədənlərinə və cinsiyyət orqanlarına maraq göstərdikləri bir mərhələyə daxil olurlar. Bədənini kəşf edilməsi üçün həyata keçirilən bu vəziyyət uşağa tamamilə fizioloji bir zövq verir. “3 yaşlı qızım özünü qaşıyır.” Bu kimi şikayətlər çox yayılmışdır. Uşaq masturbasiyası 3-6 yaş arasında normal qarşılanır və adətən yuxudan əvvəl görülür.

Körpələrdə masturbasiyaya diqqət edin!

Erkən dövrdə körpələrdə sürtünmə ilə başlayan masturbasiya narahat edici ola bilər. “Körpəm özünü yatağa sürtüşdürür.” deyə narahat olan və həkimə müraciət edən analar çoxdur.
Körpəlikdə başlayan masturbasiya sonrakı dövrlərdə davam edərsə, psixoloqa getmək faydalıdır. Beləliklə, bu anda uşağın masturbasiya etməyə başladığı vaxt deyil; buna nə qədər ehtiyacı olduğunu, nə qədər tez-tez təkrar etməsi və müddəti vacibdir.

Uşağın masturbasiya etməsini necə başa düşmək olar?

Masturbasiya edən uşaqda;

  • Təkrarlanan irəli-geri və ya dairəvi hərəkətlər,
  • Diqqəti ətraf mühitdən ayırıb, özünüzə vermək,
  • Tərləmə,
  • Qızarma,
  • Tez-tez nəfəs alma,
  • Xəbərdarlıqlara əhəmiyyət verməmək kimi simptomlar görünə bilər.

Uşağınız susub, təkrarlanan hərəkətlər etməyə başlayırsa, bu masturbasiyanın başlanğıcı ola bilər. Ancaq bu davranışa diqqət yetirib, uşağınızı durdurmağa çalışarsanızsa, onun masturbasiyaya daha çox bağlı olmasına səbəb ola bilərsiniz.

Uşaqlar niyə masturbasiya edir?

Cinsiyyət orqanına toxunmağın bir ləzzət olduğunu aşkar edən uşaq, xoşladığı bu davranışı təkrarlamağa meyl edə bilər. Yetkin bir insan olaraq, uşağınızın masturbasiya etməsini utandırıcı və ya narahat hiss edə bilərsiniz, ancaq bu, tamamilə normaldır. Çünki bu uşağın cinsi inkişafının bir hissəsidir və çox vaxt rahatlama hissini verir.
Bəzi uşaq və yeniyetmələr psixiatr mütəxəssisləri, körpələrdə masturbasiyanın barmaqları əmməkdən başqa bir hərəkət olmadığını söyləyirlər. Uşaq masturbasiyası, böyüklərdəki kimi cinsi istəyə və ya oyanmaya səbəb deyil. Buna görə körpəlikdə başlayan masturbasiyanın cinsi mənası yoxdur. Qaşınma hissi ilə genital bölgəsinə toxunan və bundan ləzzət alan uşaq, sağaldıqda mastürbasiyaya davam edə bilər.
Digər səbəblər:
Sağlam bir kəşf prosesi haqqında danışarkən bildirdik ki, uşaqlarda masturbasiya normaldır. Ancaq uşağın bu davranışı, onu sosial mühitdən soyudacaq şəkildə davamlı hala gətirərsə, problemə yol aşa bilər. Çünki, masturbasiya uşaqlarda qaçma və ya rahatlama metoduna çevrildiyi üçün edilə bilər. Sağlam bir kəşf prosesindən başqa uşaqlarda masturbasiyaya səbəb olan amillər nədir, baxaq:
  • Ana və ata ilə kifayət qədər vaxt keçirə bilmədikdə,
  • Diqqəti cəlb etmək məqsədi,
  • Ailədə yenidoğulan kərpə,
  • Özünü güvəndə hiss etməməsi,
  • Valideynlər arasındakı problemlər,
  • Depressiya və ya narahatlıq.
Uşaqlar, məktəbdə də masturbasiya edə bilərlər.
  • Sinifdəki hər hansı bir fəaliyyət yerinə masturbasiya edirsə,
  • Oyun saatları boyunca dostlarından ayrılıb öz bədəni ilə maraqlanırsa,
  • Evdəki bir küncdə daim öz bədəni ilə maraqlanırsa və ətrafı ilə maraqlanmırsa, bu, araşdırma yox, emosional bir narahatlıq ilə əlaqəli ola bilər.

Masturbasiya edən uşağa necə davranmalı?

Uşaqlar masturbasiyanı təkbaşına otaqlarında edə biləcəkləri kimi izdihamlı mühitdə də edə bilərlər. Belə bir vəziyyətlə qarşılaşdıqda, uşağınıza qəzəblənməməli, onu utandırmamalı, çaşqınlığına və günahkarlıq hissinə səbəb olmamalısınız.
Bəs, uşağınızın masturbasiya etdiyini görəndə nə etməlisiniz?
  • Əvvəla, uşağınızın bunu özünü rahatlaşdırması üçün etdiyini unutmamalısınız. Çünki sevildiyini və güvəndə olduğunu hiss etdiyi zaman özünü rahatlamağa ehtiyac azalacaq.
  • Uşağınızın mastubasiya etdiyini biləndə, sərt reaksiya verməməli və ya bu davranışına görə cəzalandırmamalısınız. Bu, gələcək illərdə uşağınızın cinsi həyatına mənfi təsir göstərə bilər.
  • Uşağınızı masturbasiyadan qorxutmamalısınız. Ekspertlərin apardığı araşdırmalara görə cəza və ya qorxutma kimi üsullar, uşaqlarda masturbasiyanı azaltmır əksinə artırırır.
  • Uşağınızın izdihamlı bir mühitdə masturbasiya etdiyini görsəniz, onu təhqir etmək əvəzinə, bunun xüsusi bir davranış olduğunu və hər kəsdə edilməməli olduğunu söyləməlisiniz. O anda onun fikrini maraqlandıracaq bir şeyə yönləndirə bilərsiniz.
  • Uşağınızın diqqətini başqa bir mövzuya yönəltməlisiniz və ona daha çox vaxt verməlisiniz. Birlikdə oyun oynamaq, mütləq onun fikrini yönləndirərək, kömək edəcək.
  • Uşağınızın genital bölgəsində hər hansı bir narahatlığın olmamasına əmin olmalısınız. Bəzən valideynlər cinsiyyət bölgəsində qaşınma yaradan səbəbləri də masturbasiya ilə qarışdıra bilər.
  • Həddindən artıq masturbasiya vəziyyətində uşağın cinsi bölgəsində qıcıqlanmaya səbəb ola bilər, onu diqqətlə izləməlisiniz.

Hər bir vəziyyətdə uşaq həkiminiz ilə məsləhətləşməniz vacibdir!