― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...

Uşaqlarda dırnaq yeməyin səbəbləri

Uşaqlarda dırnaq yemək vərdişinin əsasında dayanan bir çox amillər vardır. Bura valideyn davranışlarından tutmuş məktəb narahatlığına aid amilləri də qeyd etmək olar.
Uşaqlar niyə dırnaq yeyirlər?
Ümumiyyətlə, dırnaq yemək vərdişi ümumiyyətlə 3-4 yaşlarında görülür və qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir. Xüsusilə yeniyetməyə keçid dövründə dırnaq yemək vərdişində ciddi bir artım ola bilər. Yetkinlik dövründə bu vərdişi davam etdirən bir çox insan var.
Bir çox mütəxəssislər deyir ki, həddindən artıq çox nəzarət edən ana və atanın və ya sərt müəllimin təsiri altında olan uşaqlarda dırnaq dişləmə vərdişi daha çox yayılmışdır. Barmaq əmmə vərdişində olduğu kimi, bu vəziyyətin altında da psixoloji problemlər durur. Uşaqlarda dırnaq yeməyin səbəblərini aşağıdakı kimi sadalaya bilərik:
  • Diş çıxarma,
  • Stress və narahatlıq pozğunluqları,
  • Özüngüvən əksikliyi,
  • Güvənsizlik,
  • Ailədə və ya yaxın ətrafda dırnaq yeyən birinin olması (Uşaqlar onları təqlid edə bilər),
  • Ana və atanın davranış səhvləri,
  • Ailədə zorakılıq və münaqişə,
  • Məktəb yaşına gəlincə yaranan narahatlıqlar.

Məktəb dövründə uşaqların dırnaq dişləməsinin səbəbləri nələrdir?

Məktəb ilə birlikdə uşağın həyatına yeni qaydalar və vəzifələr girir. Anadan ayrılmaq, məktəbdə verilən vəzifələr uşağa təzyiq göstərə bilər. Bundan əlavə, ailə də mükəmməlliyatçı münasibəti göstərildikdə uşaq üzərindəki gərginlikdən və təzyiqdən azad olmaq üçün dırnaqlarını yeməyə başlayır. Uşağın;
  • Özünüzə güvənməməsi,
  • Uğursuzluq qorxusu,
  • Dostluq münasibətlərində problem yaşaması,
  • Uğur yönümlü valideyn profilinə sahib olması,
  • Diqqətsizlik və ya öyrənmə çətinliyi üzündən təhsil problemləri;
  • Məktəb və onların müəllimləri ilə problemləri olması, dırnaq dişləməsi problemlərinə səbəb ola bilər.
Uşağın dırnaq yeməsinə necə mane olmaq olar?
  • 3-4 yaşlı uşaqlarda, dırnaq yemənin həll yolu kimi ən təsirli üsul “görməzdən gəlmək” ola bilər. Ancaq vərdiş uzun müddət davam edərsə, vəziyyətin əsas səbəbləri nəzərə alınmalı və zəruri hallarda mütəxəssis dəstəyini almalısınız.
  • Uşaqlarda dırnaq dişləməsinin qarşısını almaq üçün ana və atanın dəstəyi son dərəcə vacibdir. Əgər, bunun səbəbi sevgisizlik və diqqətsizlikdirsə, uşağınızla daha çox və keyfiyyətli vaxt keçirməlisiniz.
  • Dırnaq yediyi üçün uşağınıza qəzəblənməməli, təzyiq göstərməməli və cəzalandırmalısınız. “Əlini ağzından çək!”, “Körpə kimi davranırsan!”  kimi xəbərdarlıqlar əvəzinə, uşağın diqqətini sevdiyi fəaliyyətlərə yönəltməlisiniz. Onun əlini məşqul edəcək, boyama və ya oyun xəmiri ilə oynamaq kimi oyunlar, təsirli üsul ola bilər.
  • Uşağınıza dırnağın zərərləri barədə danışa bilərsiniz. Ancaq onu qorxutmaqla bunu etməməlisən. Qorxu bu problemin həlli olmadığı üçün uşağın emosional dünyasında çətinliklərə səbəb ola bilər.
  • Dırnaq yemək vərdişi uşaqlarda yeniyetməyə doğru tez-tez baş verə bilər. Mütəxəssislər bunun ətraf mühitin təsiri ilə əlaqədar ola biləcəyini söyləyirlər. Mümkün qədər uşağınızın özünə inamını gücləndirəcək, davranışlar göstərməlisiniz.
  • Gecələri dırnaq yeməməsi üçün yatmadan əvvəl uşağınıza yüngül bir əlcək geydirə bilərsiniz.
  • Bəzi psixoloqlar deyir ki, dırnaqların dərin kəsimi bəzi hallarda işə yarayır. Öz dırnaq baxımını etməsi üçün uşağınıza dırnaq baxımı dəsti ala bilərsiniz.
  • Uşaqlarda dırnaq yeməsinin acı dırnaq lakı ilə keçib-keçmədiyini soruşaq bilərsiniz. Psixoloqlar deyir ki, gün ərzində acı dırnaq boyası istifadə edərək, uşağa dırnağını yeməməyin lazım olduğunu xatırlatmaq olar. Bəzən acı ancaq zərərsiz dırnaq boyası uşağın bu davranışından imtina etməsinə kömək edə bilər.
  • Bəzi mütəxəssislər isə dırnaqlara acı maye çəkmək əvəzinə ana və atanın uşağın üzərinə etdiyi təzyiqlərin aradan qaldırılmasını məsləhət edirlər. Yəni dırnaq yemə davranışına görə problemi uşağında deyil; özünüzdə axtarmalısınız.
    Uşağın dırnaq yeməsi hansı vəziyyətlərdə ciddiyə alınmalıdır?
  • Dırnaq yemə problemi, uşaq böyüdükcə öz-özünə keçən vəziyyət olsa da, bəzən ciddi qəbul edilməlidir. Belə hallarda, dırnaq yeyən uşağın müalicəsi bir mütəxəssis tərəfindən aparılmalıdır.
  • Həddindən artıq dırnaq yeyən uşağın dırnaqları bir müddət sonra qan verməyə başlaya bilər. Əslində, bu uşaq ayaq dırnaqlarını yeyənə və kəsikləri dişləyənə qədər baş verə bilər. Uşağınızda belə bir vəziyyəti müşahidə edirsinizsə, mütləq mütəxəssislə məsləhətləşməlisiniz.
  • Dırnaq yemə nadir bir vərdiş olsa da, uşaqlarda narahatlıq pozğunluqlarının olduğunu göstərə bilər. Həm narahatlığı, həm də bu narahatlıqların yaratdığı simptomları aradan qaldırmaq üçün uşaq psixoloquna müraciət etməlisiniz.
Əvvəlki məqalə
Növbəti məqalə
error: Alert: Content selection is disabled!!