― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...

Uşaqlarda boy artımı

Uşaqlarda boy artımı necə baş verin və nələr təsir edir bu prosesə? Boy insanın şəxsiyyətini müəyyənləşdirən vacib  bir amildir. Hər bir valideyn övladının gözəl qamətə sahib olmasını istəyər. Boy problemi, son dövrlərdə həkim müraciətlərində sayca üstünlük təşkil edən problemlərdən biridir.

Uşağın yetkinlik dövrünə qədər onun boyunun artma sürətini nəzarətdə saxlamaq lazımdır. Onun geyimlərinə, istər ayaqqabı, istərsədə paltarlarının kiçilməsinə nəzarət etməli, boy artımı zəif olarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Boyun artması ən çox bətn daxili dövrdə baş verir. Doğulduqdan sonra bu proses uşaq həyatının birinci ilində davam edir. Bu dövürdə boy 25 sm-ə qədər artır. Sonra boy artımı  5-7 yaşda və prepubertat dövründə 11-12 yaşda baş verir. Qeyd etmək lazımdır ki, oğlanlarda 10-11 yaşında boy artımı aşağı ətrafların dartılması, 14-15 yaşlarında  gövdənin sürətli inkişafı hesabına olur. Qızlarda bu göstəricilərə 8 və 11-12 yaşlarında da təsadüf edilir. Boy inkişafının başa çatması oğlanlarda 17-18, qızlarda isə 16-17 yaşda olur. Bəzi tədqiqatçılar boy uzanmasını az da olsa  23-25 yaşa qədər davam etdiyini bildirirlər.

Skletin uzununa böyüməsi epifizar qığırdaqda gedən inkişaf prosesləri hesabına olur. İnkişaf prosesinə olan mürəkkəb təsirlər və amillər ( genetik, mühit, iqlim və s.)  epifizar qığırdağın funksional vəziyyətinin dəyişməsi ilə təzahür edir. Sümüklərimizdə böyümə sərhədləri var. Bu sərhəd bağlanarsa, boy artma dayanır.  Əgər sümük yolları bağlanmırsa , uşaqda 17-18 yaşına qədər boy artır.

Məlumdur ki, boyun inkişafında somototrop hormonu vacib rol oynayır. Fiziki inkişafın və boyun ləngiməsi somototrop hormonunun kifayər qədər olmaması nəticəsində əmələ gəlir. İrsi olaraq boy hormonunun gedişində baş verən mutasiyalar və doğuş  zamanı yaranan travmalar boy çatmamazlığına səbəb ola bilər. Somototrop hormon xondro və osteogenezi aktivləşdirir, sümüklərdə böyümə proseslərini stimulə edir.

Güman edilir ki, insanın böyümə hormonunun daha intensiv sintezi  yuxu zamanı baş verir. Qalxanabənzər vəzi hormonları  da uşaq orqanizminin inkişafında müstəsna rol oynayaraq, böyümə prosesinin normal gedişini təmin edir və boyun inkişafını sürətləndirir. Qalxanabənzər ətraf vəzilər də kalsium mübadiləsində iştirak edir. Bu təsir D vitamini vasitəsilə baş verir. Beləki, parathormionun təsiri ilə D vitamininin böyrəklərdə aktiv forması  1,25 dehidroksixolekalsiferol əmələ gəlir. Bu da kalsimun bağırsaqlardan sorulmasına və sümüklərdə depolaşmasını təmin edir.

Uşağlarda boy artmasına təsir edən mənfi amillər:

  1. Uşağın boy inkişafında irsiyyətin rolu böyükdür  ( məsələn, ata və ananın qısa boylu olması)
  2. Fiziki gərginlik, zehni gərginlik, depresiya, stres, saatlarla kompüter arxasında əyləşmək, açıq havada az olmaq osteogenezə və qığırdaq toxumasının inkişafına mənfi təsir göstərir və boy inkişafını tormozlayır.
  3. Düzgün qidalanmama. Uşağın qidasında əhəmiyyətli dərəcədə disbalans  olduqda, zülalar, amin turşuları,vitamin və mineral komponentlərin çatmamazlığı boy inkişafının ləngiməsinə təsir edir
  4. Doğuş travmaları, kəllə -beyin travmaları, hamiləliyin və doğuşun sayı boyun inkişafına təsir göstərən amillərdən biridir.
  5. Mədə- bağırsaq, ürək, böyrək, qan xəstəlikləri.
  6. Kəskin və xroniki iltihabi xəstəliklər.
  7. Həyat tərzi, sosial-iqtisaqi amillər
  8. İqlim şəraiti boya təsir edən amillərdən biridir. Tədqiqatlar göstərir ki, isti və yüksək dağ şəraiti boyun artmasını tozmozlayır.  Böyümənin payız- qış aylarında azalması, yazda- yayda  isə sürətlənməsi təkzib edilməzdir.

Uşaqlarda boyun artmasına səbəb olan amillər:

Tərkibində sümüklərin böyüməsi və inkişafı üçün vacib olan Ca,yod, vitamin D, vitaminC, kobalt, sink, maqneziumlə zəngin qidalar uşağın qida rasionuna daxil edilməlidir. Məsələn :  balıq, süd, kəsmik, xurma, qarabaşaq, mal əti, kişmiş, qaysı, kök, kələm, balıq yağı, kərə yağı, meyvə-tərəvəzlər və s.
İdmanla mütamadi  məşğul olmaq, təmiz havada gəzinti  boyun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Əzələ işi inkişafı tənzimləyən hormonların sintezini stimullaşdırır. Üzgüçülük, futbol, velisoped sürmə, tenis, turnikdən sallanmaq boyun inkişafında vacib rol oynayır.
Yuxu relimi  uşağın inkişafını tənzimləyən mühüm amillərdən biridir. Ona görədə uşaq 8 saatdan 11 saata qədər yuxu yatmalıdır. Beləki, boyun inkişafını təmin edən metobolik proseslər və hüceyrələrin yenidən qurulması  məhz yuxuda baş verir.
İlhamə Hüseynova.  Həkim-pediatr.

Əvvəlki məqalə
Növbəti məqalə
error: Alert: Content selection is disabled!!