― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşUşağın sağlamlığıUşaqda zökəm (burunaxma). Səbəb və müalicə üsulları

Uşaqda zökəm (burunaxma). Səbəb və müalicə üsulları

Uşaqda yaranan zökəm, valideynlərdə də çox narahatlıq doğurur. Beləki, bu əlamət, uşaqda çox xoşagəlməz diskomfort yaradır. Zökəmlə xəstələnən uşaq, bir qayda olaraq, narahat, əsəbi və şıltaq olur. Və ən əsasda, uşağa tutulmuş burunla nəfəs almaq çətin olur. Zökəmlə xəstələnən uşaq, ağzı ilə havanı alır və təmizlənməmiş, istilənməmiş hava (burun kanallarının gördüyü işi) bir başa ağciyərlərə düşür. Nəticə? Xəstə uşaq daha da soyuqlaşır və zökəm keçmək əvəzinə, daha da güclənir. Zökəm olan uşağı müalicə etmək, həmişə asan olmur, çünki bu xəstəliyin səbəbləri müxtəlifdir və onun həlli müvafiq olmalıdır.

Zökəmin əsəs səbəb və növləri

Uşaqda zökəm zamanı, burun udlaq selikli qişasının iltihabı baş verir. Hər hansı bir müalicəni başlamazdan əvvəl, burundan gələn axıntının səbəbini təyin etməlisiniz.

  • Duru selikli axıntının gəlməsi, onu göstərir ki, uşaqda virus infeksiyası və ya allergiya var. Əgər uşaq bir neçə həftə ərzində zökəmdən əziyyət çəkirsə, səbəb allergiya (məsələn, toz, kif və gənələr) ola bilər.
  • Və yalnız ifrazat dəyişmiş, qatı, çirkli, bozumtul, sarımtıl və ya yaşılımtıl çalarlı olursa, buna həssas yanaşmaq lazımdır. Bu, bir bakterial infeksiya ilə qarşılaşdığımızdan xəbər verə bilər. Beləki, o, qulaq iltihabına, sinüzit, bronxit və pnevmoniyaya səbəb ola bilər. Bu mərhələdə mütəxəssisə müraciət etmədikdə, infeksiya orqanizmdə yayıla bilər və bu ağır nəticələrə gətirib çıxaracaq.

Lakin daha tez-tez, demək olar ki, 95%  hallarda zökəmin səbəbi təbiət virusudur.  Körpənin burun selikli qişası, xüsusilə soyuq havada viruslara qarşı həssasdır. Hər bir halda uşaqda zökəm olduğu zaman həkim pediatrla məsləhətləşməniz doğrudur.

Uşaqlarda zökəmin tez və effektiv müalicəsi

Belə xoşagəlməz əlamətləri gördükdən sonra, dərhal müalicəyə başlamaq lazımdır. Hər bir məsuliyyətli valideyn, zökəm zamanı uşağın burnunu nə ilə yuyulmasından xəbərdar olmalıdır. Vaxtında bütün tədbirlər görülərsə, bununla, ağırlaşmanın qarşısını almaq olar. Terapiya ilə yanaşı, düzgün şərait yaradılmalıdır ki, orqanizm özü infeksiya ilə mübarizə aparsın:

  • Otaq müntəzəm havalandırılmalı və gündəlik nəm təmizlənmə olmalıdır.
  • Havanın temperaturu 21 dərəcədən çox  və quru olmamalıdır. Xüsusi hava nəmləndiricilərindən istifadə edə bilərsiniz.
  •  Körpəyə normaldan daha çox su içirdin – Suyun sayəsində, burun seliyi daha duru olacaq və asanlıqla aradan qaldırılacaq.
  • Yeri gəlmişkən, gənc analara, nənələr tərəfindən “uşağın ayaqlarına isti corab geyindir” tövsiyəsi doğrudur. Beləki, dabanlarda burunla əlaqəli refleks zonaları var və körpənin ayaqlarının soyuqlaması burun axını ilə nəticələnə bilər.
  • Tutulmuş burunla mübarizə apara bilməyən körpələr üçün xüsusi burun aspiratorlari əla vasitədir. Onlardan asanlıqla istifadə edə bilərsiz. 
  • Adi və dəniz duzu tərkibli olan preparatlar – burun seliyini durulaşdırır və onlardan qurtarmaq daha asand olur. Bu usulla, uşaqda zökəm zamanı burun bakteriyalar və viruslardan yuyulur. Tərkibindəki komponentlər, burnun selikli qişasının qoruyucu funksiyalarının yenidən qurulmasına kömək edir. Bu preparatlar, yeməkdən əvvəl və yatmazdan əvvəl – nəfəs yollarını azad etmək üçün gündə bir neçə dəfə istifadə oluna bilər. Bu preparatın seçimi həkiminizə bağlıdır.
  • Körpədə, burun ətrafı qızartının aradan qaldırılması üçün kosmetik vazelin, çobanyastığı və ya A vitamin tərkibli krem çəkə bilərsiz.
  • Birdəfəlik salfetlər. Həkimlər pambıq burun yaylıqların istifadəsindən, təkidlə imtina etməyi, məsləhət edirlər. Onlar artıq ilk istifadədən sonra xəstəlik törədən mikroorqanizm ocaqlarına çevrilir.
  • Əgər uşağınızın allergiyası yoxdursa, şam, evkalip efir yağlarından və ya burun inhalyasiya üçün olan hazır yağlardan istifadə etmək olar. Onlardan, gecə körpənin yastıq künclərinə və ya çarpayısına bir az damcılatmaqla istifadə edilə bilər. Bu üsul, antibakterial effekt verir, zökəmlə mübarizə aparır və nəfəsi yaxşılaşdırır.
  • Uşağın hərarəti yoxdursa, təmiz hava gəzintisi xəstəliyə yaxşı təsir edir.
  • Hərarət yoxdursa, çimməklə, burun selikli qişasında olan axıntı durulaşır və axmağa başlayır. Bu da ondan tez qurtulmağa kömək edir.
  • Bal, soyuqlama zamanı yaranan bakteriya ve virusları öldürür. 1 çay qaşığı limon suyu ile 2 çay qaşığı bal qarışdırın. Bu qarışımı her iki saatta bir uşağınıza yedirin. Bu ümumi soyuqluğun aradan qalxmasına, boğaz ağrısına və imun sisteminin güclənməsinə kömək edəcək.
  • İlıq süd ilə bal qarışımı çox yaxşı təsir göstərir. Bu, burun-udlaqda olan havanı istiləşməyə kömək edir və burun qişasında olan şişkinliyini azaldır. Lakin balın uşaqlara düzgün verilmə qayda və yaşına mütləq fikir verilməlidir. Bunun üçün ətraflı bu linkə keçid almaqla oxuya bilərsiz. http://anayam.az/usaq-0-1/qidalanma-0-1/usaga-bal-vermek-olarmi/
  • Uşaqda zökəm zamanı həkiminizin məsləhət etdiyi dozada, uşağa vitamin C verməklə, onun imun sistemini gücləndirə bilərsiz.
  • Masaj edin. Gün ərzində bir neçə dəfə, uşağın başını bədənin qalan hissəsindən daha aşağı vəziyyətdə uzadaraq, əlinizin içi ilə bel qisminin (böyrəklərdən yuxarı) hər iki tərəfini 5 dəqiqə ərzində masaj edin. Bunun nəticəsində, selik bronxlarda yığılmayacaq. 
  • Uşağı, başı bir az qalxmış formada və ya böyrü üstə yatırmaq daha yaxşıdır.

Aptekdən uşaqlar üçün zökəm əleyhinə dərmanlar

Apteklərdə həkim resepti olmadan, çoxlu burun selikli qişasının şişkinliyini aradan qaldırılması üçün dərmanlar var. Lakin, onları kiçik uşaqlara tətbiq etməzdən əvvəl pediatrla məsləhətləşmək daha yaxşıdır. Bu preparatların təsiri həqiqətən yaxşıdır – zökəm asan və tez keçir. Lakin bu dərmanların sui-istifadəsi (üç gündən çox istifadə olunur) zamanı, burun selikli qişası çox quruyaraq, rinitə  səbəb ola bilər.

Bütün bu məsləhətlər sizə uşaqda olan zökəmdən daha tez qurtulmağa kömək edəcək.

Hər zaman həkim-pediatr ilə məsləhətləşin, yalnız onun məsləhət etdiyi dərman preparatlarından istifadə edin!

 

error: Alert: Content selection is disabled!!