Uşaq sağlamlığının qorunmasının 5 əsası

0
472
uşaq sağlamlığının qorunması

Valideyn olmağın ən çətin cəhətlərindən biri uşaq sağlamlığının qorunması mübarizəsidir. Uşaq xəstəliklərinin əhəmiyyətli dərəcədə qarşısını almaq üçün mütəxəssislərin tövsiyələrini dinləmək vacibdir! Uşaq sağlamlığının qorunmasının ən vacib 5 əsasını bilirdinizmi?!

Əllərinizi təmiz saxlayın

Mütəmadi əl yuma tənəffüs və həzm xəstəliklərinin ötürülməsinin qarşısını alır. Uşağınıza tualet ehtiyaclarını ödədikdən sonra, oyun oynadıqdan sonra və ən əsası masada oturmadan əvvəl əllərini yumaq vərdişini aşılamalısınız. Yuyarkən 15-20 saniyə ərzində sabunla ovuşdurmaq lazımdır.

Her gün aktiv olun

Araşdırmalar göstərir ki, nizamlı, orta dərəcədə məşq infeksiyalarla mübarizə edən hüceyrələrin qan dövranını artıraraq, ildə 25-50 % ortaya çıxan soyuqdəymə və qrip hücumlarının sayını azalda bilir.

Kifayət qədər yuxu

Uşaqlarınızın erkən yatdığına əmin olun. Yuxu məhdudiyyəti, soyuqdəymə və qripə yaxalanma riskini demək olar ki, iki dəfə artırır. Körpə uşaq gündə 14 saat, məktəbəqədər uşaqlar isə 11-13 saat yuxuya ehtiyac duyurlar.

Üzə toxunmaqdan qaçının

Soyuqdəymə və qrip virusları burun, göz və ağız yoluyla bədənə girir, bu səbəbdən uşağınızın əllərini bu sahələrdən uzaq saxlanmasını təmin edin. Reallaşdırması çətin bir vərdişdir amma çox əhəmiyyətlidir. Bundan başqa çəngəl və ya diş fırçası kimi şəxsi əşyalarının da paylaşılmamasının gerekli olduğunu öyrətməlisiniz.

Sağlam gidalanma

Rəngli meyvə və tərəvəzləri bol-bol yemək, uşağınızın immunitet sisteminin gücləndirilməsində yardımçı olacaqdır. Uşaq sağlamlığının qorunması üçün xüsusilə C vitamini ilə zəngin olan gül kələmi, çiyələk, portağal; D vitamini ilə zəngin olan ton balığı, süd, taxıl ilə qidalanması vacibdir. Faydalı probiyotik-lər zəngin qatıq da əhəmiyyətlidir.