― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...

Uşaq immunitetinin 5 düşməni

Tədqiqatlar göstərib ki, valideynləri tərəfindən sağlamlığı daha az nəzarət edilən uşaqlarda, daha güclü imunitet müşahidə olunur. Əsasən uşaq immunitetini zəiflədən 5 səbəb göstərilir:

  1.  Uşaq üçün sterilliyin (qeyri-münbitlik) faydası yoxdur. Döşəmə və divarları təmizləmək, hətta tavana keçmək, uşağın hər bir bezini ütüləmək, qablarını bir neçə dəfə yumaq – bütün bunlar həddən artıq ola bilər. Qış gəzintisi zamanı, uşaq qarın və ya buzun dadına baxdısa, vahiməyə düşməyin. Ona ətrafı araşdırmağa imkan verin. Vacib məqam ondan ibarətdir ki, ona sadəcə dadına baxmağa, icazə verəsiz.
  2. Həddən artıq isti geyim, körpəyə ziyan vurur. O, immuniteti zəiflədir. Daim istixana rejimi, uşağın yüngül may küləyindən belə soyuqlayacağını təhdid edir. Hər bir uşaqda fərqli olan qızıl ortanı tapın. Evdə və ya çöldə daha fəal olan uşağa onlarla geyimə ehtiyac yoxdur. Belə körpəni özünüzdən fərqli olaraq, daha yüngül geyindirmək olar. Sakit uşaqlar, böyüklərə nisbətən bir qat daha artıq geyimə ehtiyac duyurlur.
  3. Uşağı stressdən qoruyun. Yalnız xoşagəlməz stressdən! Gözlənilməz sirk gəzintisi və ya səbəbsiz oyuncaq alışı – infeksiyalara qarşı peyvənd kimidir.  Beləliklə, o, tez bir zamanda mənfi emosiyadan uzaqlaşacaq və yeni təəssüratlarla əlaqədar özünü daha yaxşı hiss edəcək. Məhz uşaqlıqda asan nail olunan xoşbəxtlik  –  immunitet möhkəmlənməsinin ən yaxşı üsuludur.
  4. Hər dəfə ictimai yerlərdə olduqdan sonra uşağınızın burun və boğazını yumayın. Üstəlik bunu elə-belə, profilaktika üçün etmək lazım deyil. Bununla siz, selikli qişanı yuyaraq, ola bilən virus və bakteriyalar ilə birlikdə, bədənin təbii müdafiəsini məhv edirsiniz. Nəticədə imunitet zəifləyir.  Bu səbəbdən heç də həmişə buruna oksolin mazı və ya vazelin çəkmək lazım deyil.
  5. Zor vasitəsilə heç vaxt nəyisə etməyə, məcbur etməyin. Ola bilər ki, sizin hazırladığınız zərif brokkoli, son dərəcə faydalıdır. Lakin, göz yaşları ilə saat yarım boşqab arxasında oturan körpənin keçirdiyi  stress –  məhsulun faydalı keyfiyyətlərini dəqiq şəkildə pozur. Əgər uşaq soyuq su ilə axıdılmağı sevmirsə – imun sisteminin qalxmasının digər alternativ üsulunu fikirləşin. Yalnız zövq verən faydalıdır!
error: Alert: Content selection is disabled!!