Qızınıza verəcəyiniz 5 əsas məsləhət

0
337
Valideynlər çox yaxşı bilirlər ki, indiki zamanda uşaq yetişdirmək və onu həyat üçün hazırlamaq daha çətindir. İnternetin və sosial medianın yayılması ilə əlaqəli ana və atadan soruşmaq, onlarla bölüşmək, məsləhət almaq kimi vərdişlər getdikcə azalır. Lakin bəzi əsas məsləhətləri qızınıza zamanında aşılaya bilərsiniz.
  1. Əsla qorxma!
Uşağınızı və xüsusən qızlarınızı qorxu və narahatlıq içində böyütməyin. Təəssüf ki, qadınlar üçün həyat daha çətin ola bilir. Ancaq sizin üçün çətin və əziyyətli olan həyatın onlar üçün eyni olacağı barədə bir qayda yoxdur. Qızınızın əlindən tutub, bütün qəlbinizlə ona həyatdan qorxmamasını aşılayın.
2. Səni əzmələrinə imkan vermə!
İş həyatı və ictimai həyat onu əzmək və öz komplekslərini gizlətmək üçün min cür oyuna müraciət edəcək insanlarla dolacaq. Bu tip insanların bildiyi yeganə şey məmnuniyyət duyğusunu əzməkdir. Xüsusilə qız uşaqlarını erkən hazırlamaq üçün əvvəlcə siz ona hörmət etməli və şəxsiyyətini heç vaxt əzməməlisiniz.
3. Bacara bilmədiyin heç bir şey yoxdur!
Hər gün həyat yenidən başlayır və yenidən yazılır. İnsanın bu həyatda əldə edə bilməyəcəyi heç bir xoşbəxtlik yoxdur. Uğur – mükafat yox, bir prosesdir və əgər addımlarını diqqəli şəkildə məqsədə doğru atarsa, onun qarşısında heç bir maneənin dayana bilməyəcəyini məsləhət verin.
4. Öz yolunu seç!
Ona deyin ki, hər kəsin həyata baxışı özünəməxsus olmalıdır. Qadın həyatda özünə məxsus yol ilə gedərsə, o hər zaman öz ayaqları üzərində dayanan güclü bir insan olacaqdır. Öz yolu ilə gedən insan hər zaman kütlə arasında fərqli olacaqdır.
5. Azad ol!
Azad qadın azad dünya deməkdir. Qadınları, şiddət göstərən heç bir cəmiyyət azadlığından istifadə edə bilməz. Qızlarınıza azadlığın vacibliyini söyləyin və cəmiyyətin ümumi qaydalarından asılı olmayaraq, istək və fikirlərindən geri çəkilməmələrini tövsiyə edin.