Bir çox valideynlər, övladlarının otaqlarını səliqəyə salmamasından şikayətlənirlər. Hətta bu məsələ ilə bağlı övladına əsəbiləşən, övladlarının otaq toplamaq vərdişinə yiyələnə bilmədiyini anlamayanlar da ola bilər. Bununla belə, uşaqlar daimi psixi və psixoloji inkişaf vəziyyətində olduqları üçün otaq toplama vərdişinin zəruriliyini və əhəmiyyətini dərk edə bilməyəcəklərini başa düşmək lazımdır. Verilən 9 gözəl məsləhət, oyuncaq toplamağı iş deyil, sevimli əyləncəyə çevrəcək..
- Oyuncaqların toplanmasının nə üçün lazım olduğunu izah edin.
Oyuncaq toplamaq sizə nə üçün lazım olduğu aydındır, bəs ona? Oyuncaqların körpəniz üçün səliqəli və ya dağınıq olması çox məna kəsb etməyəcək, hətta hər bir əşyanın açıq yerdə əl-ayaq altında olması daha faydalı olacaq. Ona əsaslı səbəblər göstərərək, oyuncaqların niyə yığılmalı olduğunu izah edin. Oyuncaqlarını toplamasa, çox sevdiyi oyuncaqları itirə biləcəyini və daha sonra əvvəlki kimi oynamaqdan həzz almayacağını izah edin. İzah edin ki, onun əşyaları ətrafa səpələnibsə, həm özü, həm də digər ailə üzvləri onları təsadüfən basaraq onları sındıra bilər.
2. Otağını səliqə-səhmana salmasını istəyəndə düzgün istiqamət verin.
“Birbaşa otağına get, oyuncaqlar toplanacaq!” və ya “Oyuncaqlarını topla!” kimi əmr edən bütün ifadələr boşuna itirəcəyiniz cümlələrdir. Bu kimi ifadələr əvəzinə, xoş bir tonda “Artıq, oyuncaq toplamaq vaxtıdır” və ya “Oyuncaqları toplayaq?” kimi yuvarlaq sizi prosesə daxil edən cümlələr quraraq, onu bu işdə tək hiss etdirməyin. 4 yaşından kiçik uşaqlar üçün ümumi anlayışlardan daha çox, hissə-hissə kiçik tapşırıqlar üçün göstərişlər verin. “Əvvəlcə taxta oyuncaqlar evinə gedək…” “İndi sıra yumuşaqlarda..” Beləliklə, görüləcək iş gözündə böyüməyəcək və təşkili daha asan olacaqdır.
3. Oyuncaqlarınızı kateqoriyalara ayırın.

- Hədələmək. Mən səni bir daha parka aparmayacağam. Bu sözü deməkdənsə, oyuncaqları tez topla, ən qısa zamanda parka gedib birlikdə əylənək, deyə bilərik.
- Tərkibində qəzəb olan cümlələr qurmaq. Qəzəbli olmaq olduqca normaldır. Uşaq tərbiyəsi çox çətindir. Ancaq qəzəbini cilovlamalı və onu qorxutmamalısınız. Əvəzində gəl görək oyuncaqları neçə saniyəyə yığarsan, qırmızı oyuncaqlarmı çoxdur kimi cümlələr quraraq, uşaqlarımızı məsuliyyətli olmağa təşviq etməliyik.
- Təhqir etmək. Uşaqların tərbiyəsində təhqirə yol verilməməlidir. Sən bacarmazsan, bacarıqsızsan kimi sozlər onların kiçik ürəklərini qırar. Özünə güvənməyən nəsil yetişdirməmək üçün onları təhqir etməməliyik.
- Müqayisə aparmaq. Gör dostun nəcə ağıllıdır, sən oyuncaq belə yığa bilmirsən! Nə pis cümlədir, elə deyilmi? Müqayisə uşaqları yanlış istiqamətə sövq edir. Qısqanc və eqoist olurlar.
Oyuncaqların toplanmasının uşaq inkişafına töhfəsi.
Uşaqların oyuncaq toplamağı öyrənməsi sadəcə səliqə-sahman etməkdən daha çox şeydir. Valideynlər körpələrinin yemək, içki və sevgi kimi əsas ehtiyaclarını qarşılamaqla yanaşı, körpələrinin özünə güvənən və müstəqil fərd olmasına da töhfə verməlidir. Bu, yalnız uşaqların sosial həyata uyğunlaşması ilə mümkündür. Uşağın sosial birliyi yaşaması və məşq etməsi üçün ən təhlükəsiz yer evdir. Beləliklə, kiçik vəzifələr təyin etməklə başlaya bilərsiniz. Körpəyə məsuliyyət verəcəksinizsə, bir az daha asan və zövqlü işdən başlayaraq, onu vərdiş halına gətirə bilərsiniz. Körpələrə oyuncaq toplamağı öyrətmək həmişə yaxşı bir başlanğıcdır. Çünki bu davranışı qazanmaq kiçiklərə də aşağıdakı qazancları verəcək.
- Oyuncaqlarını yığmağı öyrənən balacalar gələcəyin məsuliyyətli böyükləri olacaqlar.
- Oyuncaqlarını götürən körpələr hər bir parçanı oyuncaq səbətinə qoyduqda müvəffəqiyyət hissi yaşayacaqlar. Hamısını topladıqdan sonra başladığı bir işi bitirmə məmnunluğuna çatacaq.
- Evdə hər kəsin bir işi gördüyünü görən körpə onun da üzərinə düşən vəzifənin olduğunu biləcək.
- Bu davranış onun parkda digər uşaqlarla oynayarkən və ya məktəbdə dostları ilə bir fəaliyyət edərkən ictimailəşməsini asanlaşdıracaq.
- Bir sistemin və ya müvəffəqiyyətin bir parçası olduğunu bilən körpənin özünə inamını inkişaf edir.