Müharibə şəraiti uşaqlara necə izah olunlamı?

0
150
Uşaqlarımızı şiddət, silah, döyüş, ölümlə əlaqəli xəbər və oyunlardan qorumağa çalışdığımız müddətdə, real dünya bu görüntüləri hər axşam TV ekranlarından və ya sosial şəbəkələrdən evimizə qədər göndərir. Ölkənin gündəliyini nəzərə alsaq, son günlərdə çətin bir prosesdən keçirik.
Baş verənlər uşaqlara necə təsir edir, hansı izlər qoyur, bununla bağlı uşaqların suallarına necə cavab vermək olar? Şiddət, müharibə, ölüm haqqında danışarkən nədən çəkinməliyik? Ekspertlərin bu kimi suallara olan cavablarını qeyd edəcəyik.
0-3 yaş qrupu …
Bu yaş qrupundakı uşaqlar müharibə görüntülərinin, bu mövzuda şərh və təəssüratların şahidi olmadıqda daha az təsirlənirlər. Bu yaş qrupu uşaqlarına təsir edən əsas məqam valideyn münasibətləri və reaksiyalarıdır. Valideynlərin köməksizliyi, qorxusu və narahatlığı uşaqların eyni vəziyyətə bənzər reaksiya vermələrinə səbəb olur. Bu vəziyyətdə, əsas şərt uşağın təhlükəsizlik hissini qorumaqdır!
3-6 yaş qrupu …
Bu yaş dövrü, uşaqların dünyalarından çıxdıqları və ətrafdakı baş verənlərdən xəbərdar olduqları bir dövrdür. Buna görə internetdə və televiziyada diqqəti çəkən görüntü və şərhləri asanlıqla qeyd edirlər. Bu vəziyyətdə, əvvəlki yaş dövrlərində olduğu kimi, uşaqda təhlükəsizlik  hissi yaradılmalıdır. Bu vəziyyətdə, “heç nə baş vermir” iddiası əvəzinə ehtiyatlı və təhlükəsiz bir mühit yaratmaq daha düzgün seçimdir.
İbtidai məktəb dövrü və sonrası …
Bu dövrdə və ondan sonra uşaqlarda yetkinlərin hisslərinə bənzər hisslər və düşüncələr yaranmağa başlayır. Şahid olduqları görüntülər, şərhlər və ifadələr gələcək üçün narahatlığa səbəb ola bilər. Bu yaş dövründə qorxu, narahatlıq, qəzəb kimi hisslər haqqında danışmaq, normal duyğular olduğunu bildirmək, qurduqları xəyalları və qorxuları haqqında danışmaq və vəziyyətinin həqiqətən təhdid edilmədiyini izah etməkl, onları rahatlatmağa kömək edə bilər.