Körpənizə dayə seçərkən verəcəyiniz 10 əsas sual

0
575
Körpənizə dayə seçərkən

Uşağınız üçün yaxşı bir dayə tapmaq vacibdir. Bu işi şansa buraxmaq olmaz! Dayədən əmin olmağınız üçün namizəd dayələr ilə əlaqə qurmağınız və müsahibə zamanı verəcəyiniz sualları yaxşı seçməyiniz vacibdir.

Körpə qayğısında dəstəyə ehtiyacı olan anaların başlarında onlarla sual yaranır. “Bu dəstəyi nənədən yoxsa dayədən almalıdır? Dayə olarsa, gündüz yoxsa gecə gəlməlidir? Azərbaycanlı dayəyə yoxsa əcnəbiyə üstünlük verilməlidir? Bu köməkçi yalnız uşağa qayğı göstərəcək yoxsa ev işlərində də dəstək olacaq?

Əlbətdə ki, ilk iş bu suallara cavab tapmaq və müvafiq olaraq namizədləri müəyyənləşdirməkdir. Namizədləri müəyyən edərkən onların bu mövzuda akademik biliklərinin olub olmadığını yoxlamaq, verdikləri cavabları müzakirə etmək, dayənin vəzifə və məsuliyyətlərini müəyyənləşdirmək lazımdır. Sonra görüş mərhələsində soruşmağınız lazım olan 10 əsas suallar aşağıdakı kimidir:

1. Sizi ən yaxşı təsvir ediləcək sözlər hansılardır?

Gün ərzində körpənizlə vaxt keçirəcək insanın həyatsevərliyi, güclü ünsiyyət bacarığına sahib olması, səbirli olması, uşaqları sevməsi, səbrli olması və təmizliyə əhəmiyyət verməsi çox vacibdir. Bu sual sizə bu barədə ipuçları verə bilər. Ayrıca yaxşı bir müşahidəçi olsanız, özünə inamının yüksək səviyyədə olub olmadığını və tənqidə yanaşma tərzini bu sualın cavabından və bədən dilindən öyrənə bilərsiniz.

2. Niyə dayə oldunuz?

Klassik, lakin vacib bir sual! Axı, öz işini məhəbbətlə edən kimsə hər zaman işini fərqli edir. Bu suala verdiyi cavab, işini sevdiyini və ya bunun zərurət olaraq görəcəyi barədə bir fikir verə bilər. Ayrıca bu peşəni neçə il etdiyini, bu işin onun müvəqqəti yoxsa uzun müddətli olmasını, bundan sonra beş il ərzində xəyalları və hədəfləri nələr olduğunu soruşa bilərsiniz.

3. Dayelikdə ən sevdiyi və ən çətin tərəfləri hansılardır?

Bu, əvvəlki sualın davamıdır və namizədinizlə daha yaxından tanış olmağa imkanı verir. Götürdüyü məsuliyyəti dərk edirmi? Təşəbbüs göstərə bilirmi? Hansı hallar ona stres yaradır? Ailə ilə münasibəti necədir? Bu sualların həqiqi cavablarını onunla vaxt keçirdikcə daha aydın başa düşsəz də, cavabları ipucu verici olacaqdır.

4. Son işinizden niyə ayrıldınız?

Cavab müxtəlif olar bilər: Əmək haqqının az olması, evindən uzaq olması və ya istirahət günlərinin olmaması və s. Bu suala olan cavab namizədinizin gözləntiləri barədə bir fikir verə bilər.

5. İndiyə qədər çalışdığınız ailələr arasında ən çətin və ideal ailələr hansılar idi?

Keçmiş işəgötürənlərini necə şərh etməsi, namizədinizin şəxsiyyət keyfiyyəti haqqqında sizə məlumat verəcək.

6. Uşaqlar sizinlə əlaqəli nəyi sevirlər?

Uşaqların dünyagörüşü bizdən çox fərqlidir. Bu səbəblə, öz gözləmlərinizlə birgə uşaqların gözləri ilə də, körpənizlə nə qədər yaxşı ünsiyyət qura biləcəyini düşünməlisiniz.

7. Boş vaxtlarınızda nə edirsiz?

Ən klassik müsahibə sualını verməmək olmaz! Bir çox insan “kitab oxuyuram, musiqi dinləməyi” kimi klassik cavablar versə də, hobbilərini öyrənmək faydalıdır. Beləliklə, onu motivasiya etmək qərarı verdikdə, ona bir kitab və ya konsert bileti almaqda, daha asan qərar verə bilərsiniz.

8. Uşaqlara nizam-intizamı necə öyrədirsiniz?

Bu sual yalnız onun yanaşmasını öyrənməyiniz üçün deyil, həm də evdə olmadığınız zaman qaydaların və sərhədlərin kəsilməməsi üçün vacibdir. Valideynlərin uşağa münasibəti eyni olduğu kimi, dayə üçün də eyni şeylər qanundur. Məsələn, evdə olduğunuzda televizora baxma məhdudiyyəti qoyursunuzsa, ancaq dayə bu mövzuda səhlənkarlıq edirsə, bu gələcəkdə problemlərin yaranmasına səbəb olacaq.

9. Siqaret çəkirsiniz?

Siqaret çəkənə üstünlük verməməyə çalışın. Əgər siqaret çəkirsə, körpənizlə siqaret çəkməsə də, siqaret çəkmək istəyəndə dözümlülüyü azalır və fikri siqaret yanında olduğu üçün zehni diqqəti yayına bilər. Bundan başqa allergiya və ya digər sağlamlıq probleminin olub olmadığını da soruşmalısınız.

10. … vəziyyətində nə edirsiniz?

Namizədinizin həll edə bilmə qabiliyyəti haqqında bir düşüncənizin olması üçün əla sualdır! Uşağınız yatmamağa müqavimət göstərsə, yemək yeməməyə başlasa, televizora baxmaqda israr etsə, nə edər? Nümunə ssenariləri təqdim edərək, bu mövzuya dair fikirləri almaq, onun yanaşması barədə ipuçları verəcək.