― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşUşağın inkişafı və tərbiyəsiHərtərəfli inkişaf etmiş uşaqları yetişdirməkdə kömək edən 6 qayda

Hərtərəfli inkişaf etmiş uşaqları yetişdirməkdə kömək edən 6 qayda

Hər bir uşağın inkişaf etdirilməsi lazım olan özünəməxsus qabiliyyətləri vardır. Uşağın hərtərəfli inkişafı üçün uşaq ailədən dəstəq görməlidir. Bu, uşağın nailiyyətləri və ambisiyalarından razı qalaraq böyüməsinə imkan verir. Biz valideynlərin məqsədi, uşağın özünə inamlı olmasına və məqsədlərinə doğru inamla addımlamasına kömək etməkdir. Bu məktəbəqədər olan uşaqlar üçün həlledici əhəmiyyətə malikdir, çünki bu dövr balaca insan şəxsiyyətinin fomalaşması dövrüdür. Əgər siz uşağınızın tədris fəaliyyətini yaxşılaşdırmaq istəyirsinizsə, mütləq səbrli və ardıcıl olmalısınız.

      1. Xüsusi bacarıqları təşviq edin

Hər bir uşağın özünə məxsus qabiliyyəti və istedadı var. Bu qabiliyyətlər məktəbin ənənəvi şəraitində görünə bilər, lakin tamamilə gözlənilməz bir yerdə və ya vəziyyətdə aydın ola bilər. Körpəniz ilə evdə rəqs edə və ya özünüzə tanış Karate texnikasını göstərə bilərsiniz. Mütləq deyil ki, dərhal uşağınızı bahalı dərnəklərə yazasınız. Həyətdə qaçış, evdə rəqs, intellektual, fiziki və şəxsi inkişaf üçün imkanlar yaradır. Daha yaxşı o olar ki, siz həm uşağın, həm də özünüzün sevə biləcəyiniz bir hobbi tapasınız. Uşağınız, sizin hər zaman yeni bir şeyi öyrənməyə çalışdığınızı gördükdə, o da eyni cür davam etməyə ruhlanacaq.

      2. Həddən artıq tərif etməyin

Uşağın inkişaf etdirilməsi üçün uşağınızı kontret, böyük səylə edilən işlərə görə tərifləyin. Sabit düşüncəli insanlar, bir qayda olaraq, çağırışları həvəssiz edirlər, çünki onlar hesab edirlər ki, onlar yalnız fitri qabiliyyəti sayəsində nəyəsə nail ola bilərlər və tez-tez belə bəhanə istifadə edirlər: “Bu istedad mənə verilməyib. Deməli mənim işim deyil!” Kimdəki  düşüncə tərzi daha inkişaf etmiş tərzdədirsə, o, yeni tapşırıq və problemləri daha sakit qarşılayır və həll edir. Çünki, onlar çətinlikləri aradan qaldırmaq üçün yeni bacarıqların öyrənilməsi vərdişini artıq uşaqlıqdan alıblar.

Hansısa işinizi diqqətlə etməyiniz üçün səssizliyə ehtiyac duyursunuz, amma bu o demək deyil ki, uşağınız ev tapşırığını edərkən eyni sükuta ehtiyacdır. Harvard araşdırmaçısı Howard Gardner səkkiz növ intelekt aşkara çıxarmışdır. Bunların bəziləri musiqi, məntiqi-riyaziyyat, linqvistik və ünsiyyət xüsusiyyətlərini əhatə edir. Əsas məqsədiniz, uşağınızın nəyi necə yaxşı öyrənməsini araşdırmaqdır. Yəni, uşağınızın öyrənmə stilini müəyyənləşdirin. Məsələn, uşağınızın görmə yaddaşı daha yaxşıdırsa, vurma cədvəlini öyrənmək üçün kartlardan  istifadə edin. 

       3. Oxumaq, oxumaq, oxumaq.

Uşağınıza oxumaq istədiyiniz bir kitabı seçərkən, işinizi, bəzilərilərinin məktəbəqədər uşağa kitab oxumanın erkən olduğunu düşündükləri üçün yarıda dayandırmayın. Məktəbəqədər uşağa kitab oxuduqda, uşağın nitq inkişafı stimullaşır, oxu bacarıqları artır, uşaqda kitab oxumaq vərdişi yaranır və gələcək məktəb uğurlarının təminatı qoyulur. Hətta, əgər uşağınız sizin dediyiniz hər şeyi anlamaq üçün çox kiçik olsa belə, o sözlərin ritmlərini öyrənməyə başlayacaq, bu da ona söz ehtiyatlarının artmasına kömək edəcəkdir. Həmçinin sübut olundu ki, məktəbəqədər uşağa kitab oxumaq, uşağın emosional sabitliyinə kömək edir. Bu cür uşaqların məktəbdə davranış problemləri az olur.

       4. Ailəvi şam edin

Birgə yemək zamanı uşaq ləzzətli yeməkdən deyil, birgə söhbətdən emosional doyma əldə etməlidir.Yemək zamanı, siz gün ərzində baş verənləri müzakirə edə bilərsiniz. Bu, uşağınıza ailə dəyərlərini anlamasına imkan verəcək. Kolumbiya Universiteti tərəfindən aparılan tədqiqatlar göstərir ki, ailə dairəsində tez-tez yemək yeyən uşaqlar təlimdə daha uğurlu olur və daha az həzm pozğunluğuna meylli olurlar. Bütün ailə üzvləri şam yeməyi zamanı bir araya gələ bilmirlərsə, ailənizin birgə toplana biləcəyi başqa bir vaxtı (səhər yeməyi və ya nahar)  seçin.

       5. Yuxu rejiminə riayət edin

Yuxu rejiminə riayət etmək dedikdə, yatmazdan ən azı yarım saat əvvəl kompüter və ya televizor istifadə etməkdən imtina nəzərdə tutulur. Əgər uşağınızda cib telefonu varsa, yatmazdan əvvəl onu alın. Çünki uşaqların 62 %-i etiraf edir ki, valideynlər işığı söndürdükdən sonra onu istifadə edirlər. 2005-ci ildə Tel Aviv Universitetindən gələn tədqiqatçılar, yuxu müddətinin cəmi bir saat azaldılması, uşağın növbəti gün zehni qabiliyyətinin iki dəfə azalması üçün kifayət olduğunu, araşdırmışdırlar.

        6. Daha çox qucaqlaşın

Uşağı qucalamaq, stress və gərginliyi azaldır. Bu əlaqə, uşağın özünü təhlükəsiz hiss etməsinə imkan verir. Valideyn sevgisi və qayğısından məhrum olan uşaqlar üzərində tədqiqatlar göstərib ki, bu cür uşaqların fikrini cəmləmə, yaddaş və öyrənmə zamanı iştirak edən beyin hissələrinin pozğunluqları olu bilir. Başqa insanın uşağa zərif toxunuşu  – emosional, davranış və fiziki stress ilə bağlı simptomları yüngülləşdirə bilir. Üstəlik, qucaqlayaraq, sizin balacanız diqqətinin cəmləşməsi qabiliyyətini yaxşılaşdıracaq və eyni zamanda özünüzün daha çox xoşbəxt hiss etmənizə kömək edəcək.

error: Alert: Content selection is disabled!!