Biz valideynlər, yanğın zamanı ərazəni necə tərk edib, necə qorunacağımızı bilirik. Lakin, bir çox uşaqların bu barədə heç bir məlumatı olmadığı üçün belə vəziyyətdə qorxaraq, panik vəziyyətinə düşərək, hardasa bir küncdə gizlənməyə üstünlük verirlər. Bunun necə təhlükəli bir hərəkət olduğunu hamımız bilirik! Uşaqlarınız yanğın zamanı nə etmək lazım olduqlarını bilirlərmi?
Gəlin öz uşaqlarımız ilə qorunmanın əsas qaydalarını müzakirə edək. Bu qaydaları, uşaqlara tez-tez oyun halında izah emək lazımdır.
1. İslanmış dəsmal!
Yanğın zamanı tüstüdən zəhərlənməmək üçün üstünüzdə olan dəsmal, şarf və ya hər hansı bir geyiminizi çıxarıb, su ilə (su olmadıqda sidiklə) isladaraq, onunla nəfəs alırıq! Bu gülməli olsada, onların həyatını xilas edə bilər! Uşaqlar gülürlər, amma razı salın ki, təhlükəli vəziyyətdə bunu etmək, heç də ayıb deyil. Əgər bu həyatınızı xilas edəcəksə, niyə gülməli olmalıdır? Tüstü zamanı döşəmyə yaxın əyilmək lazımdır ki, yaranmış tüstü və ya qazla nəfəs almayaq. Bu təhlükəlidir.
2. Uşaqlarınızı “çıxış axtar” oyununu öyrədin!
Biz heç zaman düşünmürük ki, yanğın zamanı olduğumuz ərazini necə tərk edə bilərik. Bunu uşaqla tez-tez etdikdə, uşaq artıq fövqaladə zamanı buna dərhal diqqət yetirəcək. Buna görə 2-3 həftə içində, hər hansı bir əraziyə gələrək, dərhal yanğın zamanı hara qaça biləcəyimizə fikir veririk. Bunu ərazi əmakdaşları ilə də dəqiqləşdirmək olar.
3. Yanğın zamanı izdihamdan çıxma!
Burada üç qayda var:
- Dayanmadan, yalnız hərəkət istiqaməti üzrə gedirik, hətta əgər doğma insanlar arxada qalıbsa belə, dayanmırıq. Əmin edin ki, siz sonra bayıra çıxdıqda, görüşəcəksiniz.
- Küncləri, dirəkləri, hər hansı bir qarşı maneəni diqqətlə keçirik. Bunun üçün uzaq məsafədən baxırıq ki, qarşıda nə ola bilər. Qollarımızı sinəmizdə çarpazlaşdırıb, ellərimizlə çiyinlərimizi tutaraq çıxırıq. Belə ki, sıxılmış vəziyyətdə qalsanız, bu cür rahat nəfəs ala bilərsiniz.
- Əgər yıxıldızsa, heç bir panik vəziyyət olmamalıdır! 3 saniyəniz var ki, nəyin bahasına olursa-olsun qalxasız. Bunun üçün yaxında olanın ayağından və ya şalvarından tutaraq, qalxmağa çalışırıq. Tutduğumuz insan bizə şad olmaya bilər, hətta bizi vura da bilər. Amma siz qalxmağa çatdiracaqsınız. Əsas budur! Heç bir halda liftdən istifadə etmək olmaz! Qapalı məkanda qalmalı olduzsa, pəncərə altında, tüstüdən qorunaraq tam döşəməyə uzanmaq lazımdır. Bu halda yanğın söndürən sizi tez tapa bilər. Uşaqlarınız ilə qaydaları məşq edin.
Qoy bu məlumatlar, sizə heç vaxt lazım olmasın!