Uşaqlarda iştahsızlıq

0
894

Bir çox valideynin son illərdə ən çox qarşılaşdığı və narazı qaldığı vəziyyət, uşaqlarının iştahsızlığıdır. Hər uşaq ehtiyac duyduğu qədər qida qəbul edir və zamanla yemək yemə vərdişini qazanır.

Hər zaman “Az yedin, bir az daha ye. Heçnə yemirsən. Yemədən qalxmayacaqsan!” kimi tezyiq edici cümlələr deməyiniz, körpənizlə aranızda qarşıdurmaya və onun yeməyə qarşı nifrətinin yaranmasına səbəb olur. Məcburi və israrlı münasibət davam etdikcə yemək körpənizin ehtiyacına deyil, qaçdığı bir vəziyyətə çevrilir.

Uşaqlara yemək vərdişini necə aşılamaq olar?
  • Yemək vərdişini, uşağı ekranla yayındıraraq ağızlarına yemək qoymaqla deyil, ona həvəs ilə masa qurmalı, uşaq yerə töksə belə yeməyini xarici dünyanı tanımaqla özünün yeməsinə şərait yaradaraq aşılaya bilərsiniz.
  • Ailə heç vaxt uşağının bu davranışını vurğulamamalı, bu məsələyə əhəmiyyət verdiyini və üzüldüyünü hiss etdirməməlidir.
  • Digər mənfi davranışlar kimi uşağın yanında yemək yemədiyini digər insanlarla danışılmamalıdır.
  • Ana uşağın sevdiyi yeməyi hazırlayıb, onu daha cəlbedici edə bilər.
  • Ana əlində boşqabla uşağının ardınca gezməsi vərdiş halına gələ bilər və uşaq bu vəziyyətdən anaya qarşı istifadə edəcək. Axı oturaraq yeməyəcəyini və anasının ardınca gezəcəyini dəqiqliklə bilir. Uşaq zövq aldığı bir mühitdə oturub yeməlidir.
  • Ailə üzvləri yemək seçməməli və yeməyi tənqid etməməlidirlər. Çünki uşaqlar ailə üzvlərindən gördükləri hər şeyi eyni şəkildə kopyalayaraq, təkrar edirlər.
  • Ailə mühitində həyat nizamlı olmalıdır. Yemək vaxtı olmalıdır və bütün ailə üzvləri yemək vaxtında masada olmaq üçün diqqətli olmalıdır.
  • Əgər uşaq yeməyi ağzında saxlayırsa və ya yemirsə, ona qışqırılmamalıdır.
  • Yeməklər arasında uşağa heçnə verilməməlidir və uşağın seçim etməsi üçün bir neçə növ yemək hazırlana bilər.
  • Körpənin mədəsi öz yumruğu qədərdir. Uşaq yeyəbiləcəyi qədərdən daha çox yeməyə məcbur edilməməlidir. Uşağı yemeklə bağlı danlamaq və ya mənfi sözlər demək, uşağın özünə inamına daim təsir edir.
Ən əsası, səbirli olmaq lazımdır. Uşağımıza hər hansı bir davranışı öyrətmək istəyiriksə, əvvəlcə bunu etməli və uşağımıza nümunə göstərməliyik. Bu, yemək vərdişinə də aiddir. Körpənizə yemək yeməyi sevdirmək istəyirsinizsə, əvvəlcə onunla birgə süfrə qurmanı sevdirərək, addım-addım yeməyə başlama vərdişini öyrətməlisiniz.