― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaş9 aylıq körpənin inkişafı

9 aylıq körpənin inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. Bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur.

  • 9 aylıq körpənin təxmini çəkisi 8600-900qr, boyu 70 – 75 sm ola bilər.
  • Dəstək olmadan uzun müddət otura bilir.
  • İməkləyə bilir.
  • Dəstəyə söykənərək, ayaq üstə durur və bir müddət müstəqil dayana bilir.
  • Əllərindən tutarkən, gəzməyə çalışır.
  • Yavaş-yavaş əşyalar arasındakı əlaqəni başa düşür. Kiçik predmeti böyük predmetin üzərinə qoyaraq, kiçik ev inşa edə bilir.
  • Otaqda bir müddət sərbəst oynaya bilir, lakin bəzən gözünə görünmək lazımdır.
  • Kiçik əşyaları barmaqları ilə, böyük əşyaları isə iki əli ilə götürə bilir.
  • Oturacağa və ya divana qalxmağa çalışır.
  • Ondan soruşulan əşyanı, baxışları ilə axtara bilir.
  • Şəkillər üzrə tanıdığı heyvanları göstərə bilir.
  • “Otur”, “Get”, “Yat” və s. kimi sözləri başa düşür.
  • Tam anlaşılan olamasa da “ana”, “ata” kimi sözləri deyə bilir.

Nitq inkişafı üçün körpə ilə daim danışmaq gərəkdir. Hər gün kiçik bir rəngərang kitabdan ona nə isə oxumağa çalışın. Oyuncaq seçərkən ilk növbədə onların təhlükəsizliyinə diqqət yetirin.

error: Alert: Content selection is disabled!!