― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumHamiləlik dövrüUşaqlıqdan kənar hamiləlik və onun əlamətləri

Uşaqlıqdan kənar hamiləlik və onun əlamətləri

Hər bir qadın öz hamiləliyinin ideal keçməsini arzulayır, amma həmişə belə olmur. Əlbəttə ki, bu vəziyyətin patologiyası diaqnozunun qoyulması pisdir, amma uşaqlıqdan kənar olan hamiləlik əlamətlərinin meydana çıxması isə daha pisdir. Uşaqlıqdan kənar hamiləlik vəziyyətdən yeganə çıxış yolu təcili əməliyyatdır.  Əgər embrion bu və ya digər səbəbdən uşaqlıq boşluğunda deyil, başqa bir yerdə (uşaqlıq borusunda, yumurtalıqda və hətta qarın boşluğunda) yerləşibsə, onun artımı zamanı qəflətən güclü qanaxma baş verə bilər, bu isə qadınının nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəlidir.  Odur ki, uşaqlıqdan kənar olan hamiləliyin necə müəyyən edilməli olduğunu bilmək vacibdir. Onun əlamətləri normal cərəyan edən hamiləlik əlamətlərindən nadir hallarda fərqlənsə də, bu əlamətləri hələ hamiləliyin erkən dövrlərində aşkarlamaq mümkündür.

Uşaqlıqdan kənar olan hamiləliyin simptomları

Aybaşının ləngiməsinə qədər:

Növbəti aybaşının ləngiməsinə qədər, döl yumurtasının lazımi yerdə inkişaf etməməsinin əlaməti qarın nahiyəsindəki ağrı ola bilər. Embrion böyüdükcə, bu ağrı da artır və bir qayda olaraq, döl son dərəcə dar uşaqlıq borusunda yerləşdikdə, daha aşkar təzahür olunur. Məlumdur ki, döl yumurtası peritondakı piyliyə birləşdikdə, əksinə, hər hansı qeydi-adi əlamət olmadan uzun müddət inkişaf edə bilər. Bu halda, uşaqlıqdan kənar olan hamiləliyin əlamətləri və simptomları uzun müddət özünü göstərməyə bilər, bu isə çox təhlükəlidir.

Aybaşının ləngiməsindən sonra

Dölün uşaqlıqdan kənar inkişaf etməsinə dair şübhə məhz aybaşının ləngiməsindən sonra, embrion artıq kifayət qədər böyük olduqda baş verir və aşağıdakı əlamətlərlə təzahür olunur:

  • abortun başlaması, yaxud uşaqlıq borusunun qırılması səbəbindən qatı ifrazatlar (bu zaman abortun öz-özünə baş verməsini gözləmək olmaz – təcili surətdə həkimə müraciət etmək lazımdır);
  • bəzən çox güclü olan və hətta ağrı şoku yarada bilən ağrı;
  • qarnın aşağı hissəsində – yumurtanın düzgün yerləşmədiyi tərəfdə dartılma hissiyyatı;
  • insan xorionik qonadotropinin (İXQ) səviyyəsinin azalması və hamiləliyin bu dövrü üçün nəzərdə tutulmuş normaya uyğun olmaması.

Bundan əlavə İXQ səviyyəsinin analizindən sonra aparılan ultrasəs müayinəsi zamanı embrion uşaqlıq boşluğunda vizualizasiya olunmur. Nəzərdən keçirilən vəziyyətin diaqnostikası üçün, həmçinin, laparoskopiya üsulu tətbiq olunur – bu üsul, eyni zamanda, diaqnostika aparmağa və düzgün yerdə yerləşməmiş dölü çıxarmağa imkan yaradır. Əsas məsələ – ginekoloqa müracəti ləngitməməkdir. Bu halda uşağa qalmağın növbəti cəhdi mütləq uğurlu olacaq.

error: Alert: Content selection is disabled!!