― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumHamiləlik dövrüHamiləlikdə qəbizlik: səbəbləri və fəsadları

Hamiləlikdə qəbizlik: səbəbləri və fəsadları

Hamiləlikdə qəbizlik – yetərincə yayılmış haldır. Bir çox gələcək analar, bu xoşagəlməz əlaməti adi hal olduğunu düşünüb, dözməyə üstünlük verirlər. Amma belə yanaşma çox təhlükəlidir. Bu tək ananın deyil, həm də uşağın sağlamlığına mənfi təsir edə bilər. Vaxtında qəbizliyin səbəbini müəyyən edib, kompleks müalicəyə başlamaq çox vacibdir. Gəlin, bu vəziyyətin səbəblərini, nəticələrini və müalicə üsullarını aydınlaşdıraq.

Hamiləlik zamanı qəbizliyin yaranma səbəbləri

Səbəblər müxtəlif ola bilər, amma onların haqqında hər bir hamilə qadına bilmək lazımdır ki, funksional pozğunluqların olmamasına və bağırsağın işinə nəzarət edə bilsin.

  • Hormonal fonunun kəskin dəyişməsi – hamiləlik zamanı proqesteron hormonunun səviyyəsi artır, bu da bağırsağın işini zəiflədir. Emal edilən qida qalıqlarının hərəkətini gecikdirir və qarının aşağı hissəsində ağırlıq duyğusun yaranmasına səbəb olur.
  • Uşaqlığın böyüməsi – qarın boşluğundakı bağırsaqlara təzyiq edərək, onun normal fəaliyyətinə maneə törədir.
  • Qəbul edilən suyun miqdarının azalması – çox qadınlar şişləri azaltmaq üçün az su içməyə başlayırlar, lakin bu da qəbizliyin yaranmasına bir səbəb ola bilər.
  • Düzgün olmayan pəhriz – tünd çay, qəhvə, kakao, şokolad, ağ çörək, xəmir və düyü yeməkləri, manna sıyığı, qaragilə, heyva, armud, paxla, bərk pendir və başqa məhsulların qəbulu, qəbizlik yaradır.
  • Ümumi psixoloji gərginlik – hamiləlik zamanı qadın hər zaman gələcək uşağının sağlamlığı haqqında narahat olduğu üçün, daim stress vəziyyətində olur. Dəyişilmiş hormonal fon da emosiyalara təsir edirək, qəbizliyin inkişafına səbəb olur.
  • Dölün vəziyyətinin dəyişməsi. Hamiləliyin son həftələrində, qəbizliyin yaranmasına bir səbəb də, körpənin başı aşağı düşməsi nəticəsində, uşaqlığın divarından bağırsaqları çox bərk sıxması ilə bağlı ola bilər.
  • Gələcək anaya təyin olunan bəzi, dəmir və kalsium tərkibli preparatlar, nəcisin tərkibini dəyişərək, onu bərk edir və nəticə qəbizliyə gətirib çıxarır.
  • Hamilə qadınlar az hərəkətli həyat tərzi sürür. Bəziləri düşük təhlükəsi səbəbiylə yataq rejiminə riayət etməli olur. Məhz fiziki fəallığı aşağı olması, qəbizliyə səbəb ola bilər.

Hamiləlikdə qəbizlik və onun fəsadları

Nəcisin uzun müddət gecikməsi nəticəsində, qida qalıqları bağırsaqda toplanır və bu da mikrobların çoxalması üçün əlverişli mühit deməkdir. Bu pozğunluq digər acı nəticələrə gətirib çıxara bilər:

  • Babasilin yaranmasına;
  • Bağırsaq mikroflorasının pozulmasına;
  •  Qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin yaranmasına;
  • Çürük proseslərin inkişafı zamanı, ifraz olunan toksinlər qana düşür. Bu da qadının səhhətinə və dölün vəziyyətinə mənfi təsir göstərər;
  • Gücənmə zamanı, doğumun vaxtından əvvəl baş verə bilməsi;

Qəbizlikdən necə qurtulum?

Hər bir qadın, hamiləlik zamanı yaranan qəbizliklə mübarizənin necə aparacağını bilmir. Qəbizliyin müalicəsində qida məhsulları böyük rol oynayır. Hamilə qadın qida  rasionuna, bağırsağın fəaliyyətinə kömək edə biləcək maddələr daxil etməlidir.

Bağırsağın fəaliyyətinə kömək edir:  Qəbizlikdən necə qurtulum?

  • Çiy tərəvəz və meyvələr;
  • Qara çörək və kəpəkli çörək;
  • Quru meyvələr (xüsusilə qara gavalı);
  • Yulaf, qarabaşaq yarmaları;
  • Zeytun yağı;
  • Qatıq;
  • Buğda kəpəyi;
  • Tərəvəz salatları;

Yaxşı və təhlükəsiz xalq vasitəsi olan qara gavalı həlimi – qəbizliklə mübarizədə çox gözəl kömək edir. Bunun üçün:  1/4 stəkan qara gavalı xırdalanır və üzərinə 2 stəkan qaynar suyu tökülür (zövqə görə bal da əlavə oluna bilər), qarışım bürünür və gecə saxlanılır. Səhər yeməyindən əvvəl giləmeyvə yeyilir, alınan həlim isə içilir.

Hamiləlikdə qəbizlik – Profilaktikası üçün aşağıdakı tövsiyələrə riayət etmək lazımdır:

  1. Tez-tez, lakin kiçik porsiyalarla yemək.
  2. Qidalı maddələr, vitamin və minerallarla balanslaşdırılmış rasion. Menyunuza quru meyvələr, şirin olmayan meyvələr, bitki yağları, duru konsistensiyalı sıyıqlar, şorbalar əlavə edin.
  3. Adekvativ maye qəbulu. Adi qazsız sular, şirin olmayan quru meyvələrdən hazırlanan kompot, meyvə şərbətləri, ot çayları. Ümumi içilən suyun həcm – sutkada 1500 ml-dən az olmamalıdır. Səhər ayılandan sonra məcburi “ritual” 1 stəkan sərin su içilməlidir. Əgər şişkinliklə probleminiz varsa, bu nüansı həkiminizlə məsləhələşin.
  4. Gün ərzində rasion düzgün bölüşdürülməlidir: Zülallı yeməklər – günün birinci yarısında, axşam əsasən tərəvəz və qatıq məhsulları yer almalıdır.
  5. Fiziki aktivliyə məhdudiyyət yoxdursa, hamilə qadınlara hər gün təmiz havada gəzmək vacibdir. Bundan başqa onlara xüsusi olan gimnastika, üzgüçülük, aerobika və s. fiziki aktivlik ilə məşqul olmaq olar. Hamiləlik zamanı qəbizliyin yaranma səbəbləri

 

İzah etməyə dəyməz ki, hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı, ananın həyat tərzindən xeyli dərəcədə asılıdır. Əgər sadalanan vasitələrin köməyi ilə hamilə qadın, qəbizlik problemlərinin öhdəsindən gələ bilmirsə, ona yaxın zamanda həkim-ginekoloqu ilə yaşadığı xoşagəlməz hal haqqında məlumat vermək tövsiyyə olunur. Xəstəliyin səbəbini aydınlaşdıraraq, mümkün riskləri qiymətləndirən həkim daha ciddi metodlar təyin edə bilər.

error: Alert: Content selection is disabled!!