― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumHamiləlik dövrüHamiləlik zamanı banan yemək olarmı?

Hamiləlik zamanı banan yemək olarmı?

Hamiləlik dövründə, qadınlar pəhriz ilə əlaqədar daha çox narahat olurlar. Bəlkədə “bu məhsul, mənə və gələcək körpəmə ziyan edə bilərmi?” kimi suallara dəfələrlə cavab axtarmış olmusunuz. Məsələn: Hamıləlik zamanı bananın nə kimi fayda və ziyanı ola bilər?

Dadlı və faydalı banan hamilə qadınlar üçün bir tapıntıdır. Özünüz fikirləşin: O, çox yaxşı aclıq hissini azaldır, hipoallergen hesab olunur, bədəni vitamin və mikroelementlərlə təmin edir, şirniyyat ehtiyacını təmin edə bilir. Bundan başqa, bananın tərkibində aşağıda sadalanan faydalı maddələr də var;

  • Fol turşusu – kimi vacib element, hamilə qadının orqanizmində heç zaman artıq olmur;
  • Böyük miqdarda kalium – qan təzyiqini sabitləşdirir, böyrəklərin işinə yaxşı təsir göstərir;
  • В6 vitamini – körpənin qanyaranma sistemi prosesində iştirak edir və anada toksikozun dərəcəsini azaldır;
  • C vitamini – gənclik, gözəllik və sağlamlığın qorunması üçün zəruridir;
  • Dəmir və sink – dölün normal inkişafı üçün lazımi mikroelementlərdəndir.

Əlavə olaraq, banan qəbizlik və ishal ilə mübarizə aparır, şişkinliyi aradan qaldırır, əzələ qıcolmalarından xilas edir, əhval-ruhiyyəni qaldırır, yuxusuzluq ilə mübarizə aparır, dölü oksigenlə təmin edir.

Bu qədər üstnlüklərdən sonra, bananın hamilə qadına ziyan olacağına şübhə ilə yanaşmaq olar. Amma hər şey elə də sadə deyil, hamiləlik zamanı banan hamıya hər zaman fayda vermir.

  • Gələcək anaların yaşıl (kal) banan yeməsi tövsiyyə olunmur. Çünki, yaşıl banan mədə və bağırsaq işində pozuntulara səbəb olub, köp yarada bilər;
  • Süd məhsulları ilə banan qarışımı, maddələr mübadiləsi dəyişikliklərinə səbəb ola bilir. Bu cür kokteyllərin istifadəsi əlavə çəkinin yaranmasına səbəb ola bilər;
  •  Bananların qeyri-alergik bir məhsul olmasına baxmayaraq, bu meyvədən hamiləliyin son mərhələlərində ehtiyatla istifadə edilməlidir. Optimal doz həftədə 1-2 meyvə təşkil edir. Əks halda gələcək körpədə allergiyanın yaranmasına gətirib çıxara bilər.

Bananın hamiləlik zamanı çox xeyirli bir meyvınin olması artıq aydın oldu. İlk növbədə həkiminizin tövsiyyəsi sizi bütün şübhələrdən qoruyacaq.

error: Alert: Content selection is disabled!!