― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...

Hamiləlik və ictimai nəqliyyat

Hamiləlik dövrü, hər bir qadının xoşbəxt bir dövrüdür. Ana bətnində kiçik bir möcüzə böyüyür və ətrafdakı hər şey artıq dəyişməyə başlayır. Ancaq bu dövrdə hamilə olan qadınlar bəzi problemlərlə qarşılaşa bilir. Bunlardan biri, hamiləlik dövründə ictimai nəqliyyatdan istifadə edərək, uzun məsafələri qət etməkdir. Bəs hamiləlik zamanı ictimai nəqliyyatda yarana bilən sağlamlıq riskləri nədir? Gələcək analar metro, avtobus və digər nəqliyyat növlərindən istifadə etmək məcburiyyətində olanda ən çox nədən şikayətlənirlər? Hamilə qadınların ictimai nəqliyyatda narahat olduqları şikayətləri nəzərdən keçirək: sağlamlıq problemləri, xəstə olan insanlarla təmasda olmaq, xəsarət alma riski və s.

Hamiləlik zamanı ictimai nəqliyyatda yarana bilən sağlamlıq riskləri

İctimai nəqliyyatda hamilə qadınlar tərəfindən yaşanan ən çox yaşanan narahatçılıqlar aşağıdakılardır: başgicəllənmə, halsızlıq, ürək bulanması, baş ağrısı və s.

Başgicəllənmə və huşunu itirmə

Onların meydana gəlməsinin səbəbləri toksikoz və anemiya ola bilər, lakin tez-tez baş verən başgicəllənmə bədəndəki hormonal dəyişikliklər səbəbindən baş verir və bunun nəticəsində qan təzyiqi dəyişir.

Huşsuzluq ümumiyyətlə dərhal baş vermir. Bundan əvvəl başgicəllənmə, zəiflik, ürək bulanması, gözlərdə qaralma, eşitmə qüsuru ​​yaşanır. Bu vəziyyət çoxlarına tanışdır. İlk simptomları müəyyən etmək və huşunu itirməmək üçün, hamilə qadının özünə nəcə kömək edə biləcəyini öyrətməyə çalışacayıq.

Nə etməli? Baş dönmənin ilk əlamətlərində nəqliyyat vasitəsindən təmiz havaya çıxmaq və istədiyiniz dayanacağa gədər getməmək lazımdır. Bu an əllərinizlə yanaqlarınızı ovuşdurmaq və ya yoldan keçənlərdən kömək istəyə bilərsiniz. Nəfəs almağı asanlaşdırmaq üçün sıx paltarları açmaq daha yaxşıdır.

İctimai nəqliyyatdasınızsa, oturmaq, mümkünsə pəncərəni açmağı xahiş etmək, lazımdır. Mümkün qədər dərin nəfəs almalısınız. Xüsusilə başgicəllənmə tez-tez baş verirsə, özünüzlə daim naşatır spirti (ammonyak) gəzdirməyiniz məsləhətdir.

Başgicələnmə və ürək bulanması

Hamiləlik zamanı ictimai nəqliyyatda havasızlıq, gəzinti zamanı qəfil hərəkətlər başgicələnmə və ürək bulanmasına səbəb ola bilər. Xüsusilə hamiləliyin ilk trimestrində toksikozdan əziyyət çəkən qadınlar bu hallardan əziyyət çəkirlər:

  • halsızlıq
  • başgicəllənmə
  • qoxulara həssaslıq
  • yuxusuzluq
  • ürək bulanması.

Nə etməli? Nanə konfetləri ürək bulanması əsnasında özünü yaxşı bir şəkildə sübut edib. Hər ehtimala qarşı onları çantanızda gəzdirə bilərsiniz. Eyni zamanda özünüzlə boş bir paket da olmalıdır. Planlaşdırılan səfərdən əvvəl həddindən artıq yemək lazım deyil, ancaq boş bir mədə ilə evdən çıxmaq olmaz. Bunların hər ikisi ürək bulanma halını doğurmağa qadirdir. Evdən çıxmazdan əvvəl bir stəkan zəif zəncəfil, çobanyastığı çayı və ya limon, nanə dəmləməsini içmək məsləhət görülür. Hərəkət edərkən, yan pəncərələrə deyil, irəli baxmalısınız, gözünüzə sataşan elanları oxumayın. Gözlərinizi yumub arxaya söykənmək yaxşı olar. Autotreninq, musiqi və ya audio kitab dinləmək səyahət zamanı yaxşı bir yayındır.

Hamilə qadınlarda bəzən kosmetik vasitələr, yanacaq qoxusu, müxtəlif kəskin qoxu və ya tüstü ürəkbulanmaya səbəb olur. Bu cür xoşa gəlməz halların qarşısını almaq üçün həkimlər, ən çox xoşladığınız ətirə batırılmış bir dəsmalı daim özünüzlə aparmağı məsləhət görürlər. Efir yağlaından limon yağı bu mövzuda daha uyğun hesab olunur. Xoş bir ətirə malikdir və ürək bulanmasına qarşı kömək edir. Bu məqsədlər üçün portağal və nanə yağı da uyğundur.

Bu vasitələr kömək etmədikdə, nəqliyyat vasitəsindən təmiz havaya çıxmaq və daha sonra nəqliyyatı davam etdirmək, məqsədə uyğundur.

Baş ağrısı

Gəzinti zamanı səs-küy və havasızlıq baş ağrısına səbəb ola bilər.

Nə etməli? Baş geyimlərini çıxardıb, başda ən güclü ağrının hiss olunduğu hissəsində dairəvi hərəkətlərlə masaj edə bilərsiniz.

Xəstə insanlarla təmasda olma riski

İctimai nəqliyyatda gəzinti zamanı gələcək analar çox sayda kənar adamların ətrafında olacaqlar. Bu halda virus xəstəliklərinə (qrip və s.) yoluxma riski daha yüksəkdir.

Nə etməli? Çıxmazdan əvvəl, virusların bədənə nüfuz etməsini maneə törədən oksolin məlhəmindən istifadə etmək tövsiyə olunur. Epidemiyalar zamanı hazır maskalardan istifadə etməkdən utanmayın. Həkimlə məsləhətləşdikdən sonra vitaminlərdən başqa qidanıza az miqdarda sarımsaq və soğan əlavə edə bilərsiniz.

Hamiləlik zamanı ictimai nəqliyyatda xəsarət alma riski

Hamilə qadının ictimai nəqliyyatda üzləşə biləcəyi ciddi təhlükələrdən biri də xəsarət alma riskləridir. Bu xəsarətləri növbədə olarkən, basabasda, qəfil dayanma və s. zamanı almaq olar.

Nə etməli? İctimai nəqliyyat dolu olduqda, günün pik saatlarında gəzintidən qaçmağa çalışın. İnsanlarla dolu bir avtobusa minməməlisiniz, növbəti birini gözləmək daha yaxşıdır. Sərnişinlər içəri girəndə əvvəlcə girməyə tələsməyə ehtiyac yoxdur: kimsə çıxış zamanı gecikə bilər və ətrafdıkaları dirsəkləri ilə itəliyərək çıxmağa çalışar. Oturmağa yet tapmağa çalışın. Kimsə yol verməyi təklif edərsə – imtina etməyə ehtiyac yoxdur. Oturacaqda yer xahiş etməyə utanmayın, gələcək körpənin sağlamlığı təbii təvazökarlıqdan daha vacibdir. Həkimlər hamilə xanımlara oturarkən ayaqları üst-üstə carpaş şəkildə oturmağı məsləhət görmürlər, bu körpəyə oksigen əldə etməyi məhdudlaşdıra bilər. Digər sərnişinlərin hərəkətinə müdaxilə edə biləcəyi halda ayaqlarınızı koridorda uzatmağa ehtiyac yoxdur. Nəqliyyatda dayanaraq getmək məcburiyyətində qalırsınızsa, qollarınızı yüksək qaldırmayın, giriş/çıxış yerlərdən uzaqlaşaraq, küncdən bir yerə keçmək və sinə səviyyəsində tutacaqlardan istifadə edərək, durmaq daha yaxşıdır. Avtobusdan çıxmaq üçün tələsmək lazım deyil, ətrafdakılardan xahiş edərək sizin cıxmanızı gözləyə bilərlər.

Metroda xüsusi ehtiyat qaydaları var. Qatarı gözləyərkən platformadan uzaq durmaq lazımdır, kimsə qaçaraq təsadüfən toxuna bilər. Keçidlərin içərisində və pilləkənlərdə axın istiqamətində getmək lazımdır. Sağ tərəfdə durmaq məsləhətdir. Eskalatora minərkən, hündür daban ayaqqabılar geyinməmək xüsusilə vacibdir: daban eskalatorda ilişə bilər. Öndəki sərnişindən iki və ya üç pillə məsafə saxlasaz daha yaxşıdır. Əks təqdirdə, eskalatordan çıxarkən o yıxılarsa, onunla toqquşma riski ola bilər. Platformada çox sayda insan varsa, əksər insanlarla qatara minməyə çalışmaq lazım deyil, gözləmək və ya daha az izdiham olduğu yerdən qatara minmək daha rahat olar.

error: Alert: Content selection is disabled!!