Hamiləlik üçün faydalı məlumatlar

0
3852
Hamiləlik üçün faydalı məlumatlar

Hamiləlik, bəlkə də, bədəninizdəki dəyişilməni ən sürətli şəkildə müşahidə edə biləcəyiniz mərhələ ola bilər. Nəticə etibarilə, şəxsi qulluq rejiminizi də bu dəyişikliyə uyğunlaşdırmanız çox böyük əhəmiyyət kəsb edir.

Hamiləlik müddətində olan sürətli dəyişikliklərin bədənə zərər verməsinin qarşısını almaq mümkündürmü?

Hamiləlik, bəlkə də, bədəninizdəki dəyişilməni ən sürətli şəkildə müşahidə edə biləcəyiniz mərhələ ola bilər. Nəticə etibarilə, şəxsi qulluq rejiminizi də bu dəyişikliyə uyğunlaşdırmanız çox böyük əhəmiyyət kəsb edir. Bədəninizdə olan hormonal balansın dəyişməsi dərinizdə, saçlarınızda, dırnaqlarınızda və bədəninizin başqa bir çox hissələrində özünü biruzə verir. Lakin bu hal dəyişikliklərin mütləq mənfi təsirlər yaradacağı anlamına gəlmir. Belə ki, gündəlik həyat tərzinizdə edəcəyiniz kiçik dəyişikliklərlə bir çox problemin qarşısını ala bilərsiniz.

Hamiləlik müddətində yaranan problemlər, xüsusilə də, ortaya çıxan çatların qarşısını necə almalı?

Hamiləlik müddətində tər vəzləri normalda olduğundan daha çox tər ifraz edir və tərləmə səviyyəsində artım müşahidə olunur. Hər gün 15 dəqiqədən çox olmamaq şərtilə, duş qəbul etmək vərdişi həm fiziki, həm də psixoloji nöqteyi-nəzərdən sizi rahatlaşdıracaq. Duşdan sonra qarın xəttini və omba bölgəsini badam yağı ilə ovuşdurmaq bu hissələrdə yarana biləcək izləri minimuma endirmək  baxımından faydalı olacaq. Sinələrdəki sürətli dəyişiklik çatlar yarada biləcəyinə görə, o hissələri nəmləndirici krem ilə masaj etmək yaranmış vəziyyəti aradan qaldırmağa kömək göstərəcək. Özünüz görəcəksiniz ki, hamiləliyin dərinizdə  yarada biləcəyi göz qorxudan çatları və izlərin təsirlərini, hər gün duş aldıqdan sonra alışdığınız vərdişlərlə çox asan şəkildə ən aşağı səviyyəyə endirmək olacaq. Duş alarkən saçınızın tipinə uyğun şampundan istifadə etməyiniz və ona xüsusi qulluq göstərməyiniz isə saçlarınızın bu müddət ərzində yarana biləcək solğun və cansız görüntüsünü ortadan qaldıracaqdır.

Hamilə qadının fiziki sağlamlığına diqqət yetirməsi önəmli olan başqa mühim məqamlar hansılardır?

Bu dönəm qadınların psixoloji cəhətdən çox həssas olması ilə səciyyələndirilən zaman kəsiyi sayılsa da, əslində, fiziki baxımdan da insanın həssaslaşdığı bir müddət hesab olunur. Bədəndə diş çürüməsinə səbəb ola biləcək təsirli maddələr yaranmağa başlayır və dişin sağlamlığı üçün çox əhəmiyyətli olan flüor maddəsinin yaranması azalır. Dişin təmizliyinə xüsusi önəm göstərilməsi və davamlı olaraq diş həkiminə müraciət etmək dişlərin çürümədən nəzarət altına alınmasına imkan yaradır. Bu müddət ərzində dırnaqlarınız da qırılmalara və soyulmaya qarşı daha həssas ola bilər. Həm solğun görünmələrinin, həm də qırılmalarının qarşısını almaq məqsədilə dırnaqları qidalandıracaq rəng və yağlardan istifadə edə bilərsiniz.

Hamiləlik müddətində kosmetik məhsullardan istifadə etmək olarmı?

Bu müddət ərzində dəriyə xüsusi qulluq göstərmək  böyük əhəmiyyət kəsb edir. Makiyaj vasitələrinin təbii və orqanik olması, mümkün qədər az makiyaj vasitəsindən və günəş şüalarından qoruyan kremlərdən istifadə etmək daha məqsədəuyğun hesab edilir. Həddən artıq kimyəvi vasitələrdən istifadə həm uşağınıza, həm də bu həssas dönəmdə sizin özünüzə zərər verə bilər. Məhz buna görə də,  xüsusilə, ətir və dezodorant kimi vasitələrdən istifadə birbaşa dəriylə təmas edəcək şəkildə olmamalıdır. Quruluğun qarşısını almaq məqsədilə nəmləndirici vasitələrdən istifadə etməyiniz tövsiyə olunur. Amma qırışlara qarşı krem kimi digər qulluq vasitələrinin istifadəsinə doğumdan sonrakı müddətdə davam edilə bilər. Adətən hər kəsin ağlında böyük sual doğuran bir başqa məsələ də saç boyasıdır. Saç boyasını saçın dib hissələrinə tətbiq etməmək, bitki mənşəli boyalardan istifadə etmək və hamiləliyin ilk 3 ayından sonra saç boyamaq məsləhət görülür.

Hamiləlik zamanı geyim və paltar seçimi necə olmalıdır?

Dəyişən gündəlik rejiminizə əlavə olaraq, paltar seçimində də bəzi dəyişikliklər etməyinizdə fayda var. Pambıq parçadan tikilmiş, sintetik olmayan, sizi sıxmayan boş paltarlardan istifadə etməlisiniz. Bu müddət ərzində ən populyar hesab edilən geyimlər arasında, adətən, bel və göbək hissəsi viskoz parçadan hazırlanan və göbəyi sıxmayacaq şəkildə tikilən geniş şalvarları qeyd edə bilərik. Üç aydan sonra sinə hissələrində aydın şəkildə böyümə müşahidə edilə bilər. Bu müddət ərzində dəyişən ölçülərinizə uyğun alt paltarı seçimi etməyiniz sizi rahatlaşdıracaqdır. Hündür dabanlı ayaqqabıların əvəzinə hündür altlıqlı hava alan ayaqqabılardan istifadə edilməlidir.

Bu yazı uşağın şəxsi inkişafı saytı olan ÇocukluDünya ilə birlikdə hazırlanmışdır.