Hamiləlik dönəmində düzgün qidalanma körpələrin sağlamlığı üçün çox vacibdir. Əgər sağlam olmayan qidalanma alışqanlığına sahipsinizsə, körpəniz lazım olduğu qədər çəki ala bilməz və bu vəziyyətə təsir göstərə bilər.
Hamiləlik dövründə qidalanma:
Süd və süd məhsulları
Hamiləlik dövründə qidalanma vaxtı yalnız süd qəbulu, o qədərdə çox fayda vermir. Lakin pendir, qatıq və kefir kimi məhsullarda kalsium, zülal və probiyotiklər var. Bu növ məhsullar bədəninizin sağlamlığını qorumağa imkan verən və körpənizin kilo almağına kömək edən məhsullardır. Hər gün yeməyin yanında bir qabda qatıq qoymaq, qəlyanaltı kimi kefir qəbul etmək və səhər yeməyi üçün pendir yemək körpələrin sağlam bir şəkildə çəki qazanmasına kömək edir.
Yumurta
Bətindəki körpənin inkişafı üçün zülal lazımdır. Yumurta ən böyük zülal mənbəyidir. Bundan əlavə, yumurtada körpələr üçün faydalı ola biləcək fol turşuları var. Həftədə 3 dəfə yumurta qəbul etməklə, körpənizin bu cür qidalardan faydalanacağını təmin edə bilərsiniz.
Meyvələr
Ət və ət məhsulları
Ağ və ya qırmızı ətin olması fərq etmir, bütün ət məhsullarında yüksək miqdarda zülal vardır. 100 qram ətin tərkibində 20 qram zülal ola bilər. Ət məhsulları hamilə qalarkən körpə üçün kilo ala biləcək ən yaxşı qidalardandır. Hamiləlik dövründə qidalanma vaxtı həftədə 3 dəfə ət məhsullarının qəbulunda problem yoxdur. Ancaq balığa bir az daha diqqətli olmağınız lazım ola bilər. Sizin və körpənizin daha çox kalori tələb edəcəyi bu dövrdə zülal alışını hamiləliyin sonuna qədər artırmağa başlaya bilərsiniz.
Avokado
Tərkibindəki qidalı yağları ilə müalicəvi anbar olaraq təsvir edilən avokado, ana südünə ən yaxın yağları da ehtiva edir. Avokado içərisində kalium, maqnezium və fosfor kimi çox faydalı maddələr var. Hamiləlik dövründə qidalanma zamanı avokado körpəyə çəki verən qidalar arasındadır. Avokado körpənin dəri və göz sağlamlığı və beyin inkişafı üçün də əhəmiyyətlidir.
Qoz
İspanaq
Taxıllar
Balqabaq toxumları
Dəmir, maqnezium və sinklə olduqca zəngin olan balqabaq toxumları hamilə ana və bətnindəki körpələrin sağlamlığına və çəki artımına müsbət təsir göstərir. Həm də hamiləlik dövründə körpəyə çəki gətirən qidalar arasında olan balqabaq toxumlarını qəlyanaltılarınıza əlavə edə bilərsiniz.
Faydalı məqalə: Hamiləlikdə ziyanlı qidalar


