― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumDoğumYenidoğulan körpənin dərisindəki ağ maddə.Verniks

Yenidoğulan körpənin dərisindəki ağ maddə.Verniks

Bəzən körpələr dünyaya gələndə dərilərinin üzərində krem kimi ağ rəngdə qatı konsistensiya olur. Bu konsistensiyaya verniks təbəqəsi deyilir. Verniks, körpənin dərisində olan hüceyrələrin anadan olan hormonlarla birləşməsindən yaranır. Bu təbəqə körpəni müxtəlif xəstəliklərdən qoruyan bir maddədir. Verniks adlanan yağlı təbəqə körpələrin dərisində, daha ana bətnində olarkən son 3 ayda yaranır. Vaxtından bir az tez doğulan körpələrdə bu təbəqənin daha sıx olduğunu, vaxtını doldurub gec doğulan körpələrdə isə verniks təbəqəsinin çox az  və ya heç olmadığını müşahidə etmək olar. Hətta yenicə doğulan körpənin bu təbəqəsinə baxaraq, uşağın vaxtını aşmış bir uşaq olub-olmadığına qərar vermək olur.

Verniks tərkibinin özəllikləri

Mas spektrometri üsulu istifadə edilərək, verniksin tərkibində təbii immuniteti dəstəkləyən 40-50 cür müxtəlif zülal quruluşunda maddələr müəyyənləşdirildi. Hətta birbaşa olaraq mikrobları yox edici təsirləri də olduğu aşkar olundu. Əvvəldən proqnozlaşdırıldığı kimi bu təbəqənin körpə üçün çox əhəmiyyətli bir dəri baryeri olduğu məlum olundu. Yenidoğulan dünyaya adaptasiya olunarkən, dərinin xarici mikroblara qarşı qorunmasını məhz verniks təbəqəsi təmin edir.

Doğumdan sonra yuyulursa, nə olur?

Körpə dünyaya öz şəxsi kremini sürmüş olaraq gəlir. Yuyulduğu zaman bu təbəqənin böyük bir qismi hətta tamamilə silinib gedir. Yuyunmayan körpələrdə isə verniksin 1-2 gün içində dəriyə tamamilə çəkildiyini görə bilərik. Körpələrin doğumdan sonra xüsusən verniks təbəqəsinin dəriyə tam hopmasından sonra yəni, ilk 6 saatdan sonra yuyulmasını Dünya Səhiyyə Təşkilatı tərəfindən təklif edilir. Bu tövsiyyə uşaqların üşüməyini əngəlləmək, istilik nəzarətlərini təmin etmək məqsədilə edilir.

Doğuş aparılan sahələrin, doğum evilərinin təmizliyi son dərəcə vacibdir. Xəstəxana mikroblarının ən təhlükəliləri doğum otaqlarına yerləşə bilir. O səbəblə hər doğumda istifadə olunan materiallar sterilləşdirilmiş olmalı, bir doğuşdan digərinə material bölüşdürülməməlidir. Məsələn, uşağın ağzını burnunu təmizləmək üçün istifadə olunan kateterlər hər dəfə sterilləşdirilmiş açılmalıdır. Uşağın ilk dəfə təmas etdiyi yataq və xovlar onun üçün təmiz olaraq, açılmış olmalıdır. Doğuşlardan sonra mühitin xüsusi təmizliyi mütləq aparılmalıdır. Bu təmizlik şərtləri təmin olunduqdan sonra belə körpələrin doğuşdan dərhal sonra təmizlənməməsi tövsiyyə olunur. Dəridəki verniksin içindəki immun maddələri xarici mikroblara qarşı baryer təsirini ancaq bu şəkildə davam etdirə bilər. Yuyulan körpələrdə isə bu qiymətli maddə yox edilir.

error: Alert: Content selection is disabled!!