Adətən, gələcək analar normal doğuş edərək körpə sahibi olmaq istəyir. Lakin bu istək bəzən müxtəlif səbəblərə görə reallaşa bilmir. Körpəniz heç cür gəlmək istəmirsə, tibb sizə “süni sancı” variantını təqdim edir. Bəs, süni sancı nədir? Hansı hallarda tətbiq olunur? Bu barədə ətraflı aydınlıq gətirməyə çalışacağıq. Doğum prosesi, oksitosin adlanan hormon vasitəsi ilə başlayır. Hamiləlik müddətinin başa çatdığı zaman oksitosin hormonu yaranır, bu da uşaqlığın yığılmasına (doğuş ağrılarına) yol açır.
Süni sancı necə tətbiq olunur?
Süni sancı hansı hallarda tətbiq olunur
Bu prosedur hər doğum edən qadına tətbiq edilmir, bunun üçün müəyyən şərtlər tələb olunur. Bu şərtlər:
- Uşaqlığ daxilində infeksiyanın aşkarlanması;
- Hamiləlik müddətinin 42-ci həftəni aşması;
- Hamiləliyin xroniki xəstəliklərinin olması;
- Zəhərlənmə;
- Ölü döl;
- Suyun erkən gəlməsi;
- Bətndə miyom olması;
- Uşaqda inkişaf geriliyi;
- Ananın bəzi narahatlıqlara görə doğum edə bilməməsi və s. kimi hallarda.
Süni sancının riskli faktorları nələrdir?
Miqdarın infuziya pompası ilə tədricən artırıldığı zaman belə bir risk yoxdur. Həddindən artıq miqdarın tətbiqi, uşaqlığın artıq dərəcədə gərilməsinə və ya hətta uşaqlıq divarının yırtılmasına səbəb ola bilər. Digər çox nadir hallarda olan bir risk, uşaqlığın cırılması və ya suyun zəhərlənməsi riskidir.
Süni sancı etibarlı üsuldurmu?
Oksitosin tətbiqi yeni bir təcrübə deyil. Çox uzun zamandır həyata keçirilir. Ümumiyyətlə qaydalara uyğun olaraq edildikdə, olduqca etibarlı bir üsuldur. Süni sancı mütləq yalnız tibbi zərurət hallarında tətbiq edilməlidir.
Hansı hallarda tətbiq etmək təhlükəlidir?
Aşağıda göstərilən halarda süni sancının tətbiqi təhlükəli ola bilər;
- uşağın inkişaf anomaliyaları;
- baş bilək uyğunsuzluğu;
- Bətndə qeysəriyyə ya da miyom əməliyyatı olduqda;
- Körpə ana bətnində yan dayanarsa və s. hallarda.
Ana namizədin istəkləri əlbəttə dəyərlidir amma doğum həkiminin vəzifəsi ananı hansı vəziyyətə uyğun olduğuna inandırmaq və dünyaya sağlam körpə gətirməkdə kömək etməkdir.