Normal doğumun 6 müsbət cəhəti

0
2135
Normal doğumda daha çox ağrının olması doğrudur. Ancaq normal doğumun müsbət cəhətlərinin çox olduğunu bilirsinizmi? Qeyseriyyə doğumunda çətinliklər doğumdan sonra yaşanır. Normal doğumda isə çətinliklər doğumdan əvvəl yaşayır və körpənizi qucağınızda saxladığınız zaman bu çətinliklərinizin çoxu geridə qalır.
Ana olmağa hazırlaşan qadınları narahat edən ən vacib suallardan biri “Normal doğummu və ya qeysəriyyə əməliyyatı” sualıdır. Əslində, gözləyən analar yalnız öz vəziyyətlərinə və istəklərinə əsaslanaraq, qərar verməyə çalışırlar. Ancaq, ana və həkim doğumun necə baş verəcəyini birlikdə qərar verməlidir. Vəziyyətiniz seçdiyiniz doğum metoduna uyğun olmaya bilər. Buna görə qərar vermədən əvvəl bunu həkiminizlə müzakirə etməlisiniz.
Bilirsinizmi ki, normal doğumun bəzi müsbət cəhətləri qeysəriyyə əməliyyatından daha cəlbedicidir? Gəlin, normal doğumun 6 əsas müsbət cəhətlərini aydınlaşdıraq.

1. Doğum ağrısı

Əlbəttə ki, hansı üsulla doğum edirsinizsə edin, bir az ağrı çəkəcəksiniz. Ancaq normal doğumdan sonra daha az və daha qısa bir ağrı yaşanır. Qeyseriyyə əməliyyatı ilə doğum edən qadınların ağrısı daha çox ola bilər.

2. Süd gəlişi vaxtı

Aparılan tədqiqatlar normal doğum edən anaların daha qısa müddət ərzində süd verə biləcək bir səviyyəyə çatdığını göstərdi. Əgər normal doğum edərsinizsə, körpənizə daha tez süd verə bilərsiniz. 

3. Bədənin bərpası

Bədənin doğumdan sonra əvvəlki vəziyyətini və metabolizmasını bərpa etməsi üçün müəyyən bir proses lazımdır. Aparılan araşdırmalara görə normal doğum edən qadınların bədəni, qeysəriyyə əməliyyatı ilə doğum edən qadınların bədəninə nisbətən daha qısa müddət ərzində bərpa olunur.

4. İkinci doğumda seçim şansı

Əgər, ilk doğumunuzu qeysəriyyə yolu ilə edərsinizsə, sonrakı hamiləliklərdə normal bir doğum etmə şansınız demək olar ki, sıfıra bərabərləşə bilər. Ancaq ilk doğumu normal keçirən qadınlar ikinci hamiləliklərində həkimləri ilə məsləhətləşərək, normal və ya qeysəriyyə əməliyyatlı doğumu seçə bilərlər.

5. Əməliyyat riski

Normal doğumun müsbət cəhətlərindən biri də əməliyyat riskinin olmamasıdır. Tikişlər, bəzi anaların doğumu zamanı istifadə edilə bilər. Bununla birlikdə, doğum tikişinin qeysəriyyə əməliyyatının kəsiyi qədər böyük edilmədiyi üçün, tikiş bölgəsinin yaxşılaşması daha qısa müddətdə həyata keçirilir. Həm də unutmayın ki, normal doğum zamanı tikişin tələb olunmaması ehtimalı da var.

6. Anesteziya riski

Anesteziya, kimin verilməsindən və məqsədindən asılı olmayaraq, sağlamlıq üçün risk daşıyan bir tətbiqdir. Anesteziya normal doğumda istifadə edilmir. Buna görə, anesteziya riskini almağa da ehtiyac yoxdur. Qeysəriyyə əməliyyatında isə yerli və ya ümumi anesteziya tətbiq olunur. Bu müəyyən bir risk almaq deməkdir.