Günümüzdə erkən doğum kifayət qədər tez-tez təkrarlanan hal olub. Hazırda erkən doğulan körpəni ağır vəziyyətdən çıxara bilən müasir tibbi avadanlıqlara baxmayaraq, biz hamımız başa düşürük ki, uşağın ana bətnində fizioloji normada inkişafı daha vacibdir. Məhz buna görə də erkən doğum, hamilə auditoriyası arasında bir nömrəli qorxudur. Erkən doğum problemi kifayət qədər ciddidir. Aydındır ki, bu barədə söhbətlər gələcək ananın əhval-ruhiyyəsini qaldırmayacaq! Lakin vaxtından əvvəl həyacanlanmağa və qorxmağa dəyməz, çünki zamanında firavan doğum ehtimalı daha yüksəkdir. Üstəlik əgər erkən doğum əlamətlərini əvvəlcədən bilib, buna maneə olsaz, deməli uşağa zamanında doğulmağa kömək edə bilərsiz.
Erkən doğumun səbəbləri
- Endokrin xəstəliyi – cinsi sahədə hormon disbalansı, zob xəstəlikləri, şəkərli diabet.
- Cinsi infeksiyalar – hamilə qadında erkən doğum riskini iki dəfə yüksəldir. Bundan başqa, onlar uşaqda xəstəlik və inkişaf qüsurları yarada bilər. Uşaqlıq boynunun eroziyası, xroniki salpinqit, endometrit, bakterial vaqinoz təhlükə yarada bilər.
- Somatik infeksiyalar (virus, tonzilit, virus hepatitləri, diş problemləri) döl üçün infeksiya mənbəyidir və erkən doğuma səbəb ola bilir.
- Mövcud inkişaf qüsürları, uşaqlıq anomaliyası, uşaqlıq boynunun dəyişməsi, abort və s. Uşaqlıq boynu əzələlərinin zədələnməsi (adətən doğum və ya abortdan sonra yaranır), buda hamiləlikdə uşağın ağırlaşması zamanı onun açılmasına səbəb ola bilir.
- Somatik xəstəliklər – böyrək, ürək və qaraciyər xəstəlikləri, ərzaq qıtlığı, halsızlıq. Orqanizmin zəifləməsi, hamiləlik dövrünü çətinləşməsinə səbəb olur. Bu səbəblə erkən doğuma daha çox rast gəlinir.
- Dölün inkişaf qüsurları və genetik xəstəliklərin olması erkən doğuma səbəb ola bilir. Adətən təhlükə artıq hamiləliyin 32-ci həftədəsindən yaranır.
- Dölyanı suyun çoxluğu, əkizlər, genetik xüsusiyyətlər, ciftin laylanması, ağır fiziki iş, yuxusuzluq, xroniki stress, zehni gərginlik, pis qidalanma.
22-27 ci həftədə erkən doğum
Bu həftələr arası dövrdə körpələrin yaşama faizi ən az dərəcədədir. Beləki, körpənin ağ ciyəri hələki yetkin deyildir və çəkisi 500-1000 qr arasındadır. 22-23 həftədə doğulan körpələrin yaşamasının faktiki olaraq heç bir şansı yoxdur. 24-26 həftədə doğulan körpələr adətən sağ qala bilirlər. Bu dövrdə doğumun baş vermə səbəbi: əsasən uşaqlıq boynunun zəifləyib, böyüyən uşağın çəkisinə tab gətirməyərək açılmasıdır. Bu zaman dölyanı su açılır, qanaxma və infeksiya yaranması başlaya bilər.
Birinci hamiləlikdə bu nadir hallarda olur. Adətən bu hal uşaq saldırmasından sonra (abort), çanaq orqanlarının iltihablı xəstəlikləri zamanı, ilk hamiləlikdən sonra uşaqlıq boynunda olan çatların olması səbəbindən baş verir. Bu dovrdə erkən doğum halının əlamətləri zamanı, mütləq çalışmaq lazımdırki, hamləlik müddəti uzadılsın, beləki körpənin orqanları hələ tam inkişaf etməmişdir və o ana bətnindən kənarda yaşamağa hazır deyildir. Körpənin yaşama şansı yalnız o halda ola bilırki, əgər doğum evi yarımçıq doğulan körpələr üçün vacib olan müasir reanimasiya avadanlıqları və ixtisaslı personal ilə təchiz olunmuşdursa. Ümumilikdə 22-27 həftə arası doğum cəmi 5 % hallarda baş verir.
28-33 ci həftədə erkən doğum
Adətən bu qrup uşaqların çəkisi 1000-1800 qr-dır, onun ağ ciyəri demək olarki nəfəs almağa hazırdır. Bu müddətdə doğuş müxtəlif səbəblərə görə baş verə bilər. Yarıdan çox hamilələr, dərmanlar vasitəsilə erkən doğumu dayandırıb, hamiləliyin müddətini uzada bilir. Baxmayaraqki, körpənin ağ ciyəri hələdə tam yetişməmişdir, ancaq müasir vasitələrlə onu 2-3 sutka ərzində doğuma hazırlamaq olur. Bələliklə onun bu müddətdə yaşamaq şansı daha çoxdur.
34-37 ci həftədə erkən doğum
Körpənin çəkisi 1,9-2,5 kq-dır. Bu müddətdə erkən doğum birinci hamiləlik yaşayan qadınlarda daha çox rast gəlinir. Buna müxtəlif səbəblər ola bilər, amma infeksiya artıq əsas rol oynamır. Uşağın ağ ciyəri kifayət qədər inkişaf edib və hava tənəffüsünə hazırdır. Buna görədə demək olarki, bu dövrdə doğulan bütün körpələr sağ qalır və normal inkişaf edir.
Amma hər halda, imkan varsa hamiləliyi 38-40 həftəyə kimi uzatmağa çalışmaq lazımdır.
Ərkən doğumun əlamətləri və müalicə üsulları
Erkən doğumdan bir neçə gün əvvəl əlamətlər özünü göstərməyə başlayır, lakin çox zaman qadınlar bu əlamətərə əhəmiyyət vermir.
- dölyanı suyun axması
- qarın altı və bel hissədə zəif xarakterli ağrı
- uşaqlığın gərginləşməsi
- cinsi yoldan qan qarışıqlı ifrazatın xaric olması
Əgər dölyanı su axmamışsa, erkən doğum səbəbi aradan qaldırılır və hamiləlik davam etdirilir. Adətən erkən doğumun başlanmasını dölyanı suyun axması göstərir. Çox vaxt qorxudan qadınlar həkimə müraciət etmir, amma nahaq yerə. Bu halda heç bir həkim hamiləliyi dayandırmayacaq, xüsusən də əgər onun müddəti 34 həftəyə çatmayıbsa. İnfeksiya açkar olunmayıbsa, hamilə bir neçə günlük (5-7 gün arası) doğum evinə yerləşdirilir. Burada mütəxəssislər körpənin ağ ciyərinin sərbəst çalışmasına kömək edəcəklər. Eyni zamanda ana infeksiyalardan qorunacaq. Doğum yalnız körpənin nəfəs almağa hazır olduğu zaman başlana bilər. Bəzən sadəcə erkən doğum təhlükəsi yaranırsa, ambulator müalicə təyin olunur. Adətən hamilə üçün sakit şəraitin yaranması, təhlükədən qaçmaga və hamiləliyi davam etməyə kömək edir. Əgər doğum prosesi başlamışsa, onu heç cür dayandırmaq mümkün deyil.
Ərkən doğumun qarşısını almaq üçün hamiləlik planından əvvəl məlum müayinələrdən keçib, risk yaradan səbəbləri aradan qaldırmaq vacibdir.
Əgər hamiləlik təsadüfən olmuşsa mütləqdirki, ən erkən vaxtdan müayinələrdən keçəsiniz.
Unutmayın ki, sağlam ana, sağlam körpənin təminatıdır!