Hamilelik teqvimi

Hamiləliyin 9-cu həftəsi

0
8049
Hamiləliyin 9-cu həftəsi

Hamiləliyin 9-cu həftəsi zamanı balanın uzunluğu 22-30 mm, çəkisi isə 4 q – a çatmışdır. Hamiləliyin 9-cu həftəsində dölün xarici görünüşü dəyişir; bədən uzanır, baş yumurulaşır, gözlər öz yerinə buruna yaxın formalaşır, əzələlər aktiv inkişaf edir. Damarlarda qan dövr etməyə başlayır. Ürək dəqiqədə 120-150 dəfə vurur. Keçən həftə əllərdə barmaqların yarandığı kimi bu həftədə ayaqlarda barmaqlar formalaşır.

Fetusun İnkişafı

9-cu həftədə körpə artıq “fetus” adlanır və uzunluğu təxminən 2,5 santimetrə çatır. Fetusun bu dövrdəki inkişafı çox sürətlidir və əsas xüsusiyyətlər aşağıdakılardır:

  • Baş və Üz Cizgiləri: Fetusun başı hələ də bədəninə nisbətən böyükdür, lakin gözlər, qulaqlar və burun artıq daha aydın görünür. Gözlər hələ də qapalıdır, lakin göz qapaqları formalaşmağa başlayır. Ağız və dodaqlar da inkişaf edir.
  • Əllər və Ayaqlar: Əllər və ayaqlar uzanır, barmaqlar ayrılır və formalaşır. Əllər daha çox inkişaf edib, barmaqlar artıq bir-birindən ayrı ola bilər.
  • Daxili Orqanlar: Bütün əsas orqanlar, o cümlədən ürək, qaraciyər, böyrəklər və beyin formalaşmışdır və fəaliyyət göstərməyə başlayır. Ürək artıq ritmik şəkildə döyünür və qan dövranını təmin edir.
  • Skelet və Əzələlər: Sümüklər və əzələlər inkişaf etməyə davam edir. Fetusun bəzi kiçik hərəkətləri baş verir, lakin ana bu hərəkətləri hələ hiss etmir.

Hamiləliyin 9-cu həftəsi: Ana

Tədricən bədəniniz hamiləlik vəziyyətinə uyğunlaşır. Artıq daxili orqanlarınız yeni rejimə adaptasiya olunub. Siz özünüzü rahat hiss edib, ətrafdan zövg almağa başlamısız. Bir çox qadınlarda bu ərəfədə ürəkbulanma və ya qusma keçir. Əgər sizdə bu hallar davam edirsə, narahat olmayın 12ci həftədə bunlar tamamilə keçib gedəcək. Siz yenə özünüzü enerji dolu  Hamiləliyin 9-cu həftəsi hiss edəcəksiniz.

  • Qarının aşağı hissəsində dartan ağrılar hiss oluna bilər, narahat olmayın bu uşaqlığın böyüməsi ilə əlaqəlidir. Amma spazm kimi ağrılar hiss edirsinizsə, dərhal həkiminizlə məsləhətləşin.
  • Gəbizlik yarandığı halda bol-bol su için, bol meyvə yeyin. Seherleri iliq su ilə başlayın, həkiminizlə məsləhətləşin.
  • Əgər gün ərzində özünüzü yorğun yuxulu hiss edirsinizsə, bu normaldır mümkün qədər dincəlməyə çalışın.

Ananın hormonal dəyişiklikləri nəticəsində müxtəlif simptomlar, o cümlədən yorğunluq, bulantı, və duyğusal dəyişikliklər yaşana bilər. Hamilə qadınlar bu dövrdə özlərini yaxşı hiss etmələri üçün balanslı qidalanma və istirahətə diqqət yetirməlidirlər. Həmçinin, tibbi məsləhət alaraq, lazımi vitamin və mineralları qəbul etmələri vacibdir. Bu həftə, həm də genetik testlər üçün uygun bir zaman ola bilər, bu barədə həkimlə məsləhətləşmək lazımdır.

Hamiləliyin 9-cu həftəsi, körpənin sağlam inkişafı üçün vacibdir və valideynlər üçün maraqlı və həyəcan verici bir dövr olaraq yadda qalır. Hamiləliyin bu dövründə müntəzəm həkim müayinələrinə davam edin. Bu, həm ananın, həm də körpənin sağlamlığını izləmək üçün vacibdir.

Növbəti Məqalə: 10 Həftə Hamiləlik