Hamiləliyin 10-cu həftəsi – Dölün uzunluğu 31-42 mm, çəkisi 5-qr olmuşdur. 10-cu həftədə dölün bütün orqanlarinın təməli qoyulmuşdur və bundan sonra onalar yalniz artacaq və inkişaf edəcək. Onun əzələləri, oynaq və sümükləri tamamilə formalaşıb. Dölün beynindən əzələlərə sinir impulslarının otürülməsi prosisi takmilləşmişdir. Bu da dölün uşaqliq boşluğunda aktiv hərəkət etməsinə imkan verir.
Körpənin daxili orqanları, xüsusilə ürək, qaraciyər və böyrəklər, öz funksiyalarını yerinə yetirməyə hazırlaşır. Ürək artıq saniyədə 150-170 dəfə döyünür, bu da ananın ürək döyüntüsündən iki dəfə sürətlidir.
Hamiləliyin 10-cu həftəsi, ilk trimestr müddətinin sonuna doğru irəliləyən mühüm bir mərhələdir. Bu mərhələdə körpə artıq “fetus” adlanır və böyüməsi sürətlə davam edir. Analar üçün bu həftə, hamiləliyin daha real hiss olunmağa başladığı bir dövrdür, çünki körpənin inkişafı və öz bədənlərindəki dəyişikliklər daha da müəyyənləşir.
Körpənin sinir sistemi və beyinin inkişafı sürətlə gedir. Beyində sinir hüceyrələri arasında sinapslar meydana gəlir, bu da gələcəkdə körpənin düşünmə və hərəkət etmə qabiliyyətini təmin edəcək. Üz əzələləri inkişaf edir və körpə artıq müəyyən üz ifadələri edə bilir.
Hamiləliyin 10-cu həftəsi: Ana
Bu dövrdə bəzi qadınlar hamiləliyin səbəb olduğu yorğunluq, bulantı və baş dönməsi kimi simptomlar yaşaya bilər. Ananın bədənindəki hormonal dəyişikliklər səbəbindən duyğusal dəyişikliklər də baş verə bilər. Bu simptomlar adətən ilk trimestrin sonunda azalmağa başlayır.
Bəzi qadınlar mədə bulantısı və tez-tez tualetə getməkdən şikayətlənər. Bəzilərində bədənin müxtəlif yerlərində yeni piqmentasiya artar. Adətən bu doğumdan bir neçə aydan sonra keçib gedir.
- Əgər sizdə nəzərə çarpacaq qədər iştahınız artıbsa, mümkün qədər buna müqavimət göstərin. Artıq çəki yarandığı halda ürək, ciyər və digər orqanların üzərinə böyük iş gərginliyi düşür. Nəticədə hamiləliyin ağırlaşmasına gətirib çıxarar.
- Geyiminiz qarnınızı sıxmamalıdır, dar geyimlərdən imtina etməyin zamanıdır. Bu müddət ərzində çalışın təbii parçalı geyimlərdən istifadə edəsiniz.
- Əgər ayaqlarınız yorulur və şişirsə, ayaqlarınız uzadaraq dincəlin, yaxinlarınızdan bir az ayaqlarınızı masaj etməyi xahiş edin. Əgər ayaqlar tez-tez şişirsə həkiminizlə məsləhətləşin.
Növbəti Məqalə: 11 Həftə Hamiləlik


