Hamilelik teqvimi

Hamiləliyin 8-ci həftəsi

0
8331
Hamiləliyin 8-ci həftəsi

Hamiləliyin 8-ci həftəsi – embrionun inkişafında çox mühüm mərhələdir. Onun uzunluğu 14-20 mm, çəkisi isə 3 q – a yaxın olmuşdur. Embrion təxminən üzüm dənəsi ölçüsündədir. Embrion artıq fəal hərəkət edərək yerini dəyişə bilir, lakin ana hələ bunu hiss ede bilməz. Bundan başqa bu həftə ərzində embrionun fəal olaraq üreyi, qan dövranı, böyrək, sidik kisəsi, sinir sistemi və  beyni formalaşır.  Həftənin sonu onun qida borusu, mədə və bağırsağı formalaşıb bitir. Hamiləliyin 8-ci həftəsi zamanı artıq onun əl barmaqlarını seçmək olar.

Embrionun İnkişafı

8-ci həftədə embrion artıq təxminən 1,6 sm uzunluğa çatır və təxminən 1 qram çəkidə olur. Bu həftədə körpənin bəzi vacib strukturları və orqanları formalaşmağa başlayır:

  • Əzələ və Skelet: Embrionun qığırdaqları sümüyə çevrilməyə başlayır. Əzələ toxuması inkişaf edir və ilk hərəkətlərin başlanğıcı müşahidə edilə bilər, baxmayaraq ki, ana bu hərəkətləri hələ hiss etmir.
  • Ürək və Damar Sistemi: Ürək artıq tam olaraq döyünməyə başlayıb və qan dövranı sistemi formalaşmağa davam edir. Ürək döyüntüləri ultrasəs müayinəsi ilə izlənilə bilər.
  • Üz Cizgiləri: Gözlər, burun və qulaqların ilkin formaları aydın şəkildə görünməyə başlayır. Göz qapaqları meydana gəlir və gözlər daha yaxşı formalaşır.
  • Daxili Orqanlar: Mədə, bağırsaqlar, böyrəklər və qaraciyər kimi əsas daxili orqanlar inkişaf edir. Beyin və sinir sistemi də sürətlə formalaşır.
  • Hərəkət: Embrionun kiçik əl və ayaq barmaqları yaranmağa başlayır və hərəkətlilik artmaqdadır.

Hamiləliyin 8-ci həftəsi hiss etdikləriniz

Əvvəl müşahidə olunan əlamətlər hələdə davam edəcək. Hazırda sizin uşaqlıq böyüdüyü üçün o birbaşa sidik kisəsinə təzyiq edir. Buna görədə siz tez-tez ayaqyoluna getməli olursuz. Bu normal haldır. Əgər bu zaman siz müəyyən ağrı və ya yanğı hiss edirsizsə, həkiminizə müraciət etməyiniz lazımdır. Bu sistit ola bilər və onu tez bir zamanda düzgün müalicə  üsülu ilə aradan qaldırmaq lazımdır. Axıntı əvvəlki kimi açıq rəngli və turş iyli olmalıdır. Əgər axıntı dəyişmiş olarsa, bu hansısa infeksiyanın əlaməti ola bilər. Bu halda həkimlə məsləhətləşmaniz mütləqdir.

Növbəti məqalə: 9 Həftə Hamiləlik