Hamiləliyin 7-ci həftəsi gəldi. Artıq balanızın boyu 8-10mm, çəkisi isə 1.7 qr yaxın olmuşdur. 7-ci həftədə onu görəbilmə imkanınız olsaydı üzünü və göz bəbəklərının yerini görə bilərdiz. Bundan artıq onun ağzı, dodaqları, burun və burun dəlikləri, xarici və daxili qulaqları, əl və ayaqlarda barmaqlar formalaşıb. Beynin hər iki yarımkürəsi formalaşır. Ürək dəqiqədə 150 dəfə vurur. Cift dahada qalinlaşır, bu da körpənizin xaricdən gələ biləcək zərbələrdən və temperatur dəyişikliklərinə qarşı qoruyur. Daxili orqanlarda inkişaf etməkdədir; tənəffüs orqanları, böyrəklər, vəzilər, cinsi orqan (USM ilə uşağın hələki cinsiyətini bilmək olmaz) inkişaf etməkdədir.
Hamiləliyin 7-ci həftəsi zamanı hiss etdikləriniz
Ananın orqanizmi hər tərəfli daşınan uşağın cəki və boyuna görə nizamlanır. Döl inkişaf etdikcə uşaqlıqda böyüyəcək. 7-ci həftədə uşaqlıq 2 dəfə (təxmini narıncı kimi) böyümüşdür, amma qarın ölçüsü hələki dəyişməmişdir. Bu həf
Hamiləliyin 7-ci həftəsində diqqət yetirin:
- Hər şeydən vacib yeməyinizə, istirahətinizə fikir verməyiniz vacib şərtdir! Çalışın bol-bol su içəsiniz.
- Bu vaxtda qarın hələ görünməsədə içindəki varlıqla danışmaq istəyirsən. Gözəl və sakit musiqilərə qulaq asın, qarnınızı sığallayaraq gələcək balanızla danışın.
Növbəti məqalə: 8 Həftə Hamiləlik


