Hamiləliyin 6-сı həftəsi zamanı embrionun artıq əl və ayaqları formalaşmağa başlayır. Bundan başqa onun kəllə beyin, üz ( göz, qulaq, burun, çənə) nahiyyəsi formalaşmağa başlayır. Ürək artıq funksionallaşır, sağ və sol kameraları yaranmaqdadır. Onun ürək döyüntülərini ultrasəs müayinə zamanı eşitmək olar.
Hamiləliyin 6-сı həftəsində hiss etdikləriniz
Artıq bu ərəfədən yemək dadınız dəyişə bilər. Əvvəl sevdiyiniz yeməkləri indi istəməyə bilərsiz və ya əksinə. Toksikoz daha da çoxala bilər ( bu hər bir qadında fərqli ola bilər). Tez-tez qarin aşağısında ağrılar hiss oluna bilər. Bu ağrı hamiləliyin normal keçməsinin (səbəb progesterionun artması, uşaglığın böyüməsi), və ya əks olaraq ektopik hamiləlik və ya infeksiyanın olacağının göstəricisi ola bilər. Bu barədə həkiminizlə məsləhətləşməyiniz lazımdır.
Embrionun İnkişafı
6-cı həftədə embrionun uzunluğu təxminən 2-4 millimetrdir. Bu mərhələdə bir çox əsas inkişaf prosesləri baş verir:
- Ürək: Embrionun ürəyi formalaşmağa başlayır və ilk dəfə olaraq döyünür. Bu döyüntülər ultrasəs müayinəsi ilə müşahidə edilə bilər. Ürək artıq qan dövranını təmin etmək üçün kifayət qədər inkişaf etmişdir.
- Sinir Sistemi: Sinir borusu (nöral tüb), beynin və onurğa beyninin ilkin forması olan strukturlar inkişaf edir. Bu mərhələdə sinir sistemi sürətlə formalaşır.
- Daxili Orqanlar: Qaraciyər, ağciyərlər, böyrəklər və həzm sistemi kimi əsas daxili orqanlar formalaşmağa başlayır. Həmçinin, əsas qan damarları inkişaf edir.
- Üz Cizgiləri: Gözlərin, qulaqların və burunun ilkin formaları meydana çıxmağa başlayır. Bu həftə üz cizgiləri formalaşmağa başlayır.
Hamiləliyin 6-сı həftəsi: Müayinə
Bu ərəfədə sizin çanaq, çəki və qan təzyiqiniz ölçülməlidir.
- Əgər qusma gün ərzində 2-3 dəfədən artıq baş verirsə həkimə müraciət etməyiniz məsləhətdir. Bu cür toksikoz müalicə tələb edir.
- Gələcək ananın imuniteti hazırda aşağıdır və 80% hamilə qadının virus infeksiyasını tutma ehtimali ola bilər. Bunun üçün insanların sıx ola biləcək yerlərdə olmayın, itburnu dəmləməsi içə bilərsiz, otağınızın havasını tez-tez dəyişin, təmiz havada gəzin.
- Vitamin və təbii şirələr qəbul edin.
Növbəti Məqalə: 7 Həftə Hamiləlik


