― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumDoğumDoğuma psixoloji hazırlıq

Doğuma psixoloji hazırlıq

Bir çox müasir qadınlar, hamiləlik zamanı doğuma psixoloji hazırlıq haqqında düşünürlər. Söhbət təkcə, bədən hazırlığından və gələcək körpəyə geyim seçilməsindən getmir. Gələcək ana üçün mövcud qorxu və şübhlərin aradan götürülməsi, onu düşündürən suallara cavab tapması son dərəcə vacibdir. Doğuma psixoloji hazırlıq – hamiləliyin müvəffəqiyyətlə başa çatması üçün mühüm bir addımdır. Bu anlayışa nə daxildir?

Doğuma hazırlıq nə üçün lazımdır?

Qadın orqanizmi, uşağın daşınmasına və doğulmasına görə qurulmuşdur. Sual yaranır ki, belə olan halda, niyə təbii prosesə hazırlıq lazımdır? Əslində, hər şey elə də sadə deyil. Müasir həyat ritmləri qadınları dəyişir və hər gələcək ananın doğum prosesinə uyğunlaşması asan olmur. Buna görə də bütün hamilə qadınlara həm fiziki, həm də psixoloji olaraq, doğuma hazırlaşmaq vacibdir. Doğum prosesinə psixoloji hazırlıq – gələcək anaya yaranacaq qorxu, şübhə, narahatlıqlardan azad olmağa kömək edir. Bu, ilk doğuma hazırlaşan qadınlara xüsusilə vacibdir. İlk doğum, həmişə qeyri-müəyyənliyə atılan addımdır. Hamiləlik boyunca qadın körpəsi ilə görüş anını səbirsizliklə gözləyir və eyni zamanda bu andan qorxur. Doğuş necə keçəcək? Görəsən, bütün ağrıları dözə biləcəyəmmi? Bütün bulara sancılara qədər hazır olmaq lazımdır. Təkrar, xüsusən də uzun illər əvvəl doğum edən xanımların da, bu barədə düşünməsi vacibdir.

Doğuma Psixoloji hazırlıq aspektləri

İlk növbədə hamilə qadına doğum prosesinin fiziologiyasını araşdırmaq lazımdır. Doğumun necə başlanıb, necə bitməsini bilmək, yaranan qorxu və həyacanın səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır.

Körpənin gəlişinə hazırlaşma

Doğum qabağı çarpayı, uşaq arabası, oyuncaq və geyimlərin seçimi gələcək ananı sakitləşdirir. Uşaq mağazalarına adi bir gediş və uşağa ən gərəkli əşyaların alınması sadə bir faktı dərk etməyə kömək edir: Tezliklə körpə dünyaya gələcək! Bu, qaçılmazdır və bu, mütləq baş verəcək! Deməli, yenidoğulmuş körpənin yeni bir dünyada rahat olmasını təmin etmək üçün hər şeyi hazırlamaq lazımdır. Belə sadə hal, qadının bütün qüvvəsi, gələcək körpəsi üçün rahat bir məkanın yaradılmasına sərf edilir və nəticədə daxilindəki təhlükələrdən yayınmağa imkan verir.

Doğum evini seçmək

Mütəxəssislər artıq 30-cu həftədən sonra doğum evinin seçilməsi barədə düşünməyi tövsiyə edir. Doğum evlərinin əksəriyyəti müəyyən saatlarda ziyarətçiləri içəri buraxırlar və bu zaman gələcək anaya xəstəxananı daxildən qiymətləndirməyə imkan verilir. Ürəyinizcə olan yerdə uşağı dünyaya gətirmək imkanı, əla təskinedici vasitə hesab olunur və gələcək doğum prosesinə psixoloji uyğunlaşmasına imkan verir. Doğum evlərinin çoxunda doğumu aparacaq həkimi əvvəlcədən seçmək olar. Bu hamiləliyinizi aparacaq bir həkim və ya etimadınızı doğuran başqa bir mütəxəssis həkim ola bilər. Eləcə də doğum evlərinin əksəriyyətində doğum prosesində həyat yoldaşının və ya hansısa bir qohumun iştirak etməsinə icazə verilir. Bu mühüm dövrdə, sevilən bir insanın yanında olması imkanı – bir çox  gələcək analar üçün ən yaxşı sakitləşdirici vasitədir.

Vizuallaşdırma

Doğuma psixoloji hazırlıq üçün həssas hamilə qadınlara psixoloqlar vizuallaşdırma metodunu sınamağı təklif edirlər. Bunun üçün nə  etmək lazımdır? Sadəcə körpəniz ilə danışın: Ürəyinizdə və ya ucadan. Onunla, görüşünüzü nəcə arzuladığınızı danışın. Təsəvvür edin ki, siz  onunla həyətdə, əvvəlcə uşaq arabasında sonra isə öz ayaqları ilə gəzəcəksiniz. Düşünün ki, siz kiçik balanızı necə çimizdirəcəksiz, geyindirəcəksiz və birlikdə oynayacaqsınız. İlk addımları, ilk təbəssümü təsəvvür edin və unutmayın ki, bütün bunlar sizinlə lap tezliklə baş verəcək. Yalnız o qalırki, doğum gözləmək, körpənizlə görüşüb və tədricən bütün dünyanı ona göstərmək.

Əsas odur ki, gələcək ana – müvəffəqiyyətli doğuma köklənsin! Psixoloqlar rahat olub, hadisələrin öz axarı ilə getməsinə imkan yaratmağı məsləhət görürlər. Hamiləlik dövründən həzz alın, bu zaman tezliklə başa çatacaq və həyatınız tamamilə dəyişəcək. Körpəniz ilə görüşünüzü gözləyin, qoy hər an sizə sevinc gətirsin!

error: Alert: Content selection is disabled!!