Övladlığagötürmə ilə bağlı sistemin test işləməsi yekunlaşıb

0
323
Övladlığagötürmə

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsinə aydınlıq gətirib.

“Report” xəbər verir ki, nazir hazırda aidiyyəti dövlət qurumlarına sistemin inteqrasiyasının aparıldığını deyib.

Sahil Babayev qeyd edib ki, sistemin test rejimində istifadənin yoxlanılması prosesi yekunlaşıb: “Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda DOST mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olacaq. Bunu da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək. Mərhələlərlə elektron alt sistem ilin sonuna qədər tam şəkildə istifadəyə veriləcək”.