― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəXəbərlərNazir müavini uşaq qidası satan şirkətləri ittiham edib

Nazir müavini uşaq qidası satan şirkətləri ittiham edib

Səhiyyə Nazirliyi dövlət doğum evlərində valideynlərə uşaq qidalarının satılması barədə məlumatlara münasibət bildirib.

“Report.az”ın xəbərinə görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin siyasətinin əsas xətlərindən biri körpələrin qidalandırılmasında ana südünə üstünlük verilməsidir.

Nazir müavini qeyd edib ki, uşaq qidalarının satışı və reklamı ilə məşğul olan bəzi şirkətlər bu sahədə düzgün təbliğat aparmırlar.

E.Ağayev həkimlərə tövsiyə edib ki, onlar yenidoğulanların qidalanmasına diqqət etsinlər: “Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur. Burada həmçinin Səhiyyə Nazirliyi ilə yanaşı ictimaiyyət və mətbuat da iştirak etməlidir”.

error: Alert: Content selection is disabled!!