Uzun müddət COVID-19 virusuna yoluxaraq vəziyyəti ağırlaşan hamilə və zahı qadınlara (ölkə üzrə) xidmət göstərən Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Ginekologiya şöbəsi artıq digər şöbələr kimi adi qaydada fəaliyyətini bərpa edib.
Bu barədə “Report”a KTM-dən məlumat verilib.
Qeyd olunub ki, Doğum-Ginekologiya şöbəsi Mərkəzin II korpusunda yerləşir. Şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7 tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla, ümumilikdə 88 tibb personalı xidmət göstərir.
Hamiləlik və doğum haqqında burada https://anayam.az/az/hamilelik-ve-dogum/
Təkcə paytaxt deyil, ölkəmizin dörd bir tərəfindən hamilə və zahı qadınlar bura müraciət edərək icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər.