― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəXəbərlərElgün Hebibullayev: Koronavirusa qarşı mübarizə hər birimizin işi olmalıdır.

Elgün Hebibullayev: Koronavirusa qarşı mübarizə hər birimizin işi olmalıdır.

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatçılığa səbəb olub. Bununla əlaqədar paytaxt Bakı şəhərində vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, pandemiya əleyhinə tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhərinin bütün rayonlarında ictimai nəqliyyat, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir. Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Elgün Hebibullayev: “Bütün vətəndaşların vaksinasiyası olunması və koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunması mühüm əhəmiyyət kəsb edir.”

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Hebibullayev müxbirimizə bildirmişdir ki, “bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar. Bunun da nəticəsi olaraq xəstəliyə yoluxanların sayında kəskin artım müşahidə olunur. Bununla əlaqədar bütün vətəndaşların vaksinasiyası olunması və koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunması mühüm əhəmiyyət kəsb edir. Biz koronavirusla bağlı tələb və tövsiyyələrə riayət etməklə həm özümüzün, həm də yaxınlarımızın sağlamlığını qorumuş oluruq. “Covid”lə mübarizə hər birimizin işi olmalıdır.”

Paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.

Faydalı məqalə: Hamilə qadınlar üçün koronavirus COVID-19 qarşı zəruri tədbirlər

error: Alert: Content selection is disabled!!