Azərbaycanda 64 yaşlı qadın əkiz anası oldu

0
198
64 yaşlı qadın əkiz anası oldu

Azərbaycanda 64 yaşlı qadın ana oldu. “Qafqazinfo” xəbərinə görə, oktyabrın 21-də adı açıqlanmayan qadın və 70 yaşlı həyat yoldaşının əkiz övladları dünyaya gəlib. Paytaxtdakı tibb müəssisələrindən birində qeyssəriyə əməliyyatı nəticəsində doğulan körpələrdən biri qız, digəri isə oğlandır.

Cütlük 40 illik övlad həsrətindən sonra valideyn ola biliblər. Hamiləlik süni mayalanma yolu ilə baş tutub və qadın 9 ay həkim nəzarətində olub.

64 yaşında ana olmaq Azərbaycanda və keçmiş sovet məkanında ilk dəfədir ki qeyda alınır.