― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşUşağın sağlamlığıAzərbaycanda piylənmə problemi əsasən 5 yaşa qədər uşaqlarla müşahidə edilir

Azərbaycanda piylənmə problemi əsasən 5 yaşa qədər uşaqlarla müşahidə edilir

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da piylənmə aktual problemlərdən biridir. Piylənmə azyaşlı uşaqlar arasında geniş yayılıb”.

“Report.az” xəbər verir ki, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman deyib.

Onun sözlərinə görə, piylənmə problemi, əsasən, 5 yaşa qədər olan uşaqlar arasında müşahidə olunur: “Bu səbəbdən də valideynlər bu yaşdakı uşaqlarının qidalarına daha diqqətli yanaşmalı və onlara tərkibində şəkərin miqdarı çox olan qidalar verməməlidirlər. Çünki qazlı içkilər, fastfudlar və digər ziyanlı qidalar uşaqların piylənməsinə səbəb olur”.

S.Zaman valideynlərin uşaqların düzgün qidalanma rejiminə əməl etmələrini tövsiyə edib: “Azərbaycanda valideynlər övladlarına düzgün qidalanma rejimi tətbiq etmir. Uşaqlara düzgün qida vərdişləri aşılamaq lazımdır. Valideyn övladına daha kiçik yaşlarında qida vərdişlərini və rejimlərini öyrətməlidir. Belə olan halda uşaq böyüdükcə dərk edəcək ki, hansı qida onun sağlamlığı üçün zərərli, hansı faydalıdır. Valideynlər daha çox lifli qidalardan istifadə etməlidir, çünki bağırsaqların funksiyalarını sürətləndirir. Bu da piylənmənin qarşısını almış olur”.

ANDOP-un direktoru əlavə edib ki, 2025-ci ildə piylənmə artıq dünyanın 70 faizini əhatə edəcək: “Bunun əsas səbəbləri daha çox düzgün olmayan qida qəbulu, qəbul etdiyimiz qida ilə hərəkət enerjimiz arasında olan disbalansın olmaması, qidaların tərkibində zərərli karbohidratların, transyağların olması, zəif fiziki aktivlikdir”.

error: Alert: Content selection is disabled!!